Əsas Səhifə > Siyasət, Manşet > NAZİRLƏR ARASINDA MÜBAHİSƏ DÜŞÜB

NAZİRLƏR ARASINDA MÜBAHİSƏ DÜŞÜB


26-04-2012, 12:55
NAZİRLƏR ARASINDA MÜBAHİSƏ DÜŞÜB

KƏMALƏDDİN HEYDƏROVLA ZİYA MƏMMƏDOV ARASINDA SAVAŞ BAŞLADI

DİA.AZ: - Neçə müddətdir ictimaiyyətdən gizli tutulmsına çalışılan fövqəladə hallar naziri Kəmaləddin Heydərovla nəqliyyat naziri Ziya Məmmədovun arsında münasibətlər yenidən gərilib. Bu barədə məlumatı DİA.AZ-a hakimiyyət içindəki etibarlı qaynaqlar ötürüb.

Xatırladaq ki, bu iki nazirin hətta bir-birinə nifrət etmələri barədə də xəbərlər davamlı olaraq dövrü mətbuatda yer alıb. Onlar müxtəlif müstəvilərdə üz-üzə gəlirlər. Sonuncu dəfə isə bu iki oliqrx-məmur tikinti sektorunda bir-birilərinə qarşı həmlələr etmişdilər.

Məlumatlı mənbə iddia edir ki, parlamentdə və yaxud da müxtəlif açıq məclislərdə yanaşı oturmalarına baxmayaraq FHN şefi ilə baş nəqliyyatçı hər zaman qarşılıqlı düşmənçilik ab-havasında olublar. Və son hadisə isə bu düşmənçiliyi daha da gərildib.

Məlumatlarda deyilir ki, «Avroviziya» tədarükü ilə bağlı Ziya Məmmədova, Kəmaləddin Heydərova və digər oliqarx-məmurlara müəyyən öhdəliklər qoyulub və iki nazir ortaq bir projeyə cəlb olunublar ki, həmin layihəyəyə də tən bərabər şəkildə vəsait ayırmalı imişlər: «Lakin Ziya Məmmədov bütün xərci Kəmaləddin Heydərova ödətdirmək fikrinə düşüb və gərəkən işləri görməyib. Bu isə Kəmaləddin Heydərovda qəzəb yaradıb».

Mənbəmiz iddia edir ki, iki gün əvvəl nazirlər arasında sərt ruhlu telefon danışığı da olub və FHN şefi hətta baş nəqliyyatçıya bildirib ki, onun səbəbindən prezidentin yanında başıaşağı ola bilməz: «Daha sonra Ziya Məmmədov ağır ifadələr işlədib və iki nazir ciddi mübahisə ediblər».

Bu mübahisənin hansı nəticələrə gətirib çıxara biləcəyini ehtimal etmək o qədər də çətin olmasa da, mənbəmiz artıq hakimiyyətin üst düzəyinin sözügedən hadisədən xəbərdar olduğunu da bildirdi.

Onu da qeyd edək ki, iki nazir arasında buna qədər də mübahisələr yaşanıb.


Geri qayıt