Əsas Səhifə > Cəmiyyət > “BAKCELL” PROBLEMİNİ DƏF EDİR

“BAKCELL” PROBLEMİNİ DƏF EDİR


11-10-2011, 14:32
“BAKCELL” PROBLEMİNİ DƏF EDİR

ŞİRKƏT BU HAQDA ABUNƏÇİLƏRİNƏ VƏD VERDİ

Çərşənbə axşamı səhərdən Azərbaycanın Bakcell mobil operatorunun işində müşahidə olunan texniki problemlər yaxın vaxtlarda aradan qaldırılacaq. Bu barədə şirkətin korporativ əlaqələr şöbəsinin rəhbəri Pərvanə Məmmədova deyib.

"Səhər saatlarından başlayaraq abonentlər bir-birlərinə zəng etməkdə çətinlik çəkiblər. Lakin hazırda şəbəkədəki problem praktiki olaraq aradan qaldırılıb", - Məmmədova bildirib.

Onun sözlərinə görə, şəbəkədə nasazlıqlar Bakının Yasamal, Səbail, Qaradağ rayonlarında, eləcə də paytaxtın cənub-qərb hissəsində müşahidə olunub.

Facebook sosial şəbəkəsindəki rəsmi səhifədəki məlumata görə, şirkət şəbəkədəki nasazlıqların səbəbini araşdırır və müvəqqəti narahatçılığa görə abunəçilərdən üzr istəyir.

"Hazırda texniki işlər aparılır. Yaxın vaxtlarda problem aradan qaldırılacaq", - məlumatda deyilir.

Azərbaycanın digər mobil operatoru Azərcell çərşənbə axşamı öz abunəçilərinə oktyabrın 12-14 tarixində gecə saatlarında müəyyən xidmətlərdən və əməliyyatlardan istifadə zamanı müvəqqəti çətinliklərin baş qaldırmasının mümkünlüyü barədə xəbərdarlıq edib.

"Bu, şirkətin göstərdiyi xidmətlərin keyfiyyətinin artırılmasına yönəlmiş təkmilləşdirmə işləri ilə bağlıdır", - çərşənbə axşamı rəsmi mətbuatda dərc olunmuş məlumatda deyilir.


Geri qayıt