Əsas Səhifə > Gündəm, Manşet > ONLARLA AİLƏNİN HƏYATI RİSQ ALTINDADIR

ONLARLA AİLƏNİN HƏYATI RİSQ ALTINDADIR


26-04-2012, 12:28
ONLARLA AİLƏNİN HƏYATI RİSQ ALTINDADIR

BAYIL QƏSƏBƏSİNDƏKİ İNŞAAT BÖYÜK BİR BİNANI TƏHLÜKƏ ALTINDA QOYDU

DİA.AZ: - Bu gün Bakının mərkəzi rayonu hesab olunan Səbayelin Bayıl qəsəbəsində cərəyan edən özbaşına mühitlə və aparılan sistemsiz inşaat işlərinin yaratdığı fəsadlarla bağlı sizləri davamlı olaraq məlumatlandırmaqdayıq. Bildirək ki, az qala cəbhə xəttinə çevrilmiş Bayıl qəsəbəsindən DİA.AZ redaksiyasına yeni faciəni anons edən bir informasiya almışıq.

Məlumatı verən Baıl sakinləri bildirir ki, həm Bayraq Meydanının inşası və həm də «Avroviziya» tədarükü səbəbindən aparılan inşaat inşəlir qəsəbənin ərazisindəki binaları təhlükə altına atıb: «Dünən gecə saatlarından Xanlar küçəsində yenidən süüşmə başlayıb. Sakinlər qorxularından gecəni səhərə qədər bayırda və yaxud da qohumlarının evlərində qalıblar».

Məlumata görə, sözügedən ərazidə asfalt yolda 4 metr uznluğunda və 40 santimetr dərinliyində böyük çat əmələ gəlib: «Həmin çat isə birbaşa olaraq yaşayış evi ilə birləşir və sürüşmə nəticəsində həmin binada silkələnmə aşkar surətdə hiss olunub».

Sakinlər bildirirlər ki, əlaqədar orqanları bu barədə məlumatlandırsalar da, səslərini eşidən olmayıb: «Bilirk ki, bizi Allahın ümidinə buraxıblar. Amma belə də olmaz axı? Ya bizi köçürsünlər, ya da tikintini dayandırsınlar».

Olay diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt