Əsas Səhifə > Cəmiyyət > “ELNUR SEYİDOV TƏCRİDXANADAN TƏCİLİ ÇIXARILMALIDIR”

“ELNUR SEYİDOV TƏCRİDXANADAN TƏCİLİ ÇIXARILMALIDIR”


25-04-2012, 19:07
“ELNUR SEYİDOV TƏCRİDXANADAN TƏCİLİ ÇIXARILMALIDIR”

“SONRA GEC OLA BİLƏR”

Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanan “Texnikabank”ın Yasamal filialının müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun səhhəti ağırlaşıb. Onun sağ gözünün görmə qabiliyyəti itir. “Media forum” saytına danışan vəkil Fəxrəddin Mehdiyev belə deyib. Vəkilin sözlərinə görə, aprelin 25-də Elnur Seyidovla görüşüb.

Fəxrəddin Mehdiyev qeyd edib ki, ağır xəstəlikdən əziyyət çəkən Elnur Seyidovun səhhəti getdikcə ağırlaşır və bu, ciddi fəsadlar törədə bilər: “Ona evdən kitablar aparılıb. Gününü mütaliə ilə keçirirdi. İndi sağ gözü tam zəiflədiyinə görə oxuya bilmir. Evdən həkimlərin əvvəllər təyin etdikləri dərmanlar aparılıb. Artıq həmin dərmanlar da kömək etmir. Elnur Seyidov istintaq təcridxanasından təcili çıxarılmalıdır, sonra gec ola bilər”.

MTN-in Elnur Seyidovu məhkəmə-tibbi ekspertizadan keçirilməsi haqda qərar verdiyini xatırladan vəkil söyləyib ki, bunun nə vaxt olacağı hələ də müəyyənləşməyib.

Fəxrəddin Mehdiyevin sözlərinə görə, iş üzrə heç bir istintaq getmir.

Elnur Seyidovu martın 27-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tutub. O, dələduzluqda ittiham olunur.

Geri qayıt