Əsas Səhifə > Cəmiyyət > TƏZƏ BAŞÇININ MENYÜSÜNƏ!!!

TƏZƏ BAŞÇININ MENYÜSÜNƏ!!!


25-04-2012, 16:20
TƏZƏ BAŞÇININ MENYÜSÜNƏ!!!

MİNGƏÇEVİRDƏ YATAQXANA UÇUB

Mingəçevirdə məcburi köçkünlərin yataqxanası dağılmaq üzrədir. Bu barədə məlumatı sakinlər veriblər.
"Nəyi gözləyirlər, istəyirlər ki, bina tamamilə dağılsın hamımız burda ölək?! “Belə getsə hamımız bu binanın altında qalıb öləcəyik! Bina artıq çökmək üzrədi.” Bunu Azərbaycan Müəllimlər İnsititutu Mingəçevir filialının yataqxanasında məskunlaşan məcburi köçkün Zərnigar İbrahimova GUNDEMİNFO.AZ -a müraciətində söyləyib. Bununla bağlı bir çox orqanlara şikayət etsə də heç bir nəticə olmadığını bildirən yataqxana sakini “Neçə dəfə gəlib ölçüb- biçiblər və binada yaşayışın təhlükəli olduğunu deyiblər, amma buna baxmayaraq heç bir tədbir görülmür. Nəyi gözləyirlər, istəyirlər ki, bina tamamilə dağılsın hamımız burda ölək?!” bildirən şikayətçi əlavə edib.
”Kanalizasiyanın ifunət iyi, binanın hər an uçmaq təhlükəsi, artıq bizi qorxuya salıb. Hər gün sabahı sağ açdığımıza şükür edirik. Binanın üzünü bəzəyirlər, amma içərisindən xəbərləri yoxdur. Yağış yağanda aşağı mərtəbələr suyla dolur, otaqlara girmək mümkün olmur. Bütün bunlar hansı xəstəliklərə yol aça bilər hamıya bəllidir , amma yenə də heç kimin vecinə deyil. İstəsəydilər bizi də yeni tikilən evlərlə təmin edərdilər. ”deyə yataqxana sakini Reyhan Vəliyeva bildirib.

“Divarlar uçub tökülür. 20 ilə yaxındır ki, bu çətin şəraitdə yaşayırıq.” deyə şikayət edən sakinlər onu da xüsusi ilə vurğulayırlar ki, bir dəfə də olsun onların bu vəziyyətləri ilə gəlib maraqlanan olmayıb.

“Həmin yataqxananın istifadəyə yararlı olmadığı bildirilir, lakin çox təəssüf ki, yeni tikilən yaşayış binaları yataqxana sakinləri üçün nəzərdə tutulmayıb”.
Bunu Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər nümayəndəliyindən bildirdilər. Həmçinin qurumdan yaxın vaxtlarda sözügedən yataqxananın təmirinin nəzərdə tutulmadığını da öyrənə bildik.
Qurumun sözçüsünün sözlərinə görə yalnız gələcəkdə tikilməsi planlaşdırılan binalardakı mənzillər belə yataqxanalarda yaşayan sakinlər üçün nəzərdə tutulacaq.

“ Kim deyir ki, yataqxana qəza vəziyyətindədir?” suallara bu şəkildə cavab verən Mingəçevir şəhər İcra Hakimiyyəti Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəsul Paşayevin isə görünür ki, binanın vəziyyətindən doğrudan da xəbəri yoxdur. Onun sözlərinə inansaq binanın vəziyyəti ilə yaxından maraqlanıblar və burada heç bir problem yoxdur.


Qeyd edək ki, Qaçqın və Məcburi Koçkünlərlə İş üzrə Dövlət Komitəsinin Mingəçevir şöbəsi də hələlik vəziyyətlə bağlı heç bir açıqlama vermir. Bilrilir ki, köçkünlərin köçürülməsi planlaşdırılmayıb.


Geri qayıt