Əsas Səhifə > Cəmiyyət, Manşet > RƏSUL QULİYEVİ NECƏ XƏRCƏ SALDILAR?

RƏSUL QULİYEVİ NECƏ XƏRCƏ SALDILAR?


25-04-2012, 15:49
RƏSUL QULİYEVİ NECƏ XƏRCƏ SALDILAR?

MÜTTƏFİQLƏRİ KEÇMİŞ SPİKERİ SON ANDA «SINDIRMAĞI» BACARIB

DİA.AZ: - Məlum olduğu kimi, Rəsul Quliyevin liderliyini etdiyi Demokratik Cəmiyyət Urunda Müqavimət Hərəkatına (DCUMH) daxil olan partiyaların sədrləri ABŞ-a - keçmiş parlament sədri ilə görüşə getməyə tədarük görürlər. Bildirək ki, bu səfərlə bağlı redaksiyamıza çox maraqlı bir məlumat daxil olub.

Məlumata keçməmişdən öncə, xatırladaq ki, Rəsul Quliyevin son zamanlar xəsislik etməsi barədə də xəbərlər yayılıb. Məsələn, bu günlərdə baş redaktoru həbs edilən «Bakı» İnformasiya Agentliyi redaksiyasının əməkdaşları hələ də maaşlarını ala bilmirlər ki, bunun da səbəbkarı kimi məhz keçmiş parlament sədrinin adı çəkilir. Bildirilir ki, Rəsul Quliyev ilk günündən bu saytı maliyyələşdirib və elə buna görə də, işçilər baş redaktorları həbs edildikdən sonra da əməkhaqqılarını Rəsul Quliyevdən tələb edirlər. Lakin mühacir partiya lideri hələ də bu barədə nəinki hərəkətə kçmək istəmir, heç danışmağı da ağlının ucundan keçirmir.

İndi isə Rəsul Qulieyvlə onun müttəfiq kimi seçdiyi partiyaların liderləri arasında mübahisənin yarandığı söylənilir. Məlumatlı mənbənin DİA.AZ-a söylədiklərindən belə aydın olur ki, ilk əvəl keçmiş parlament sədri DCUMH-a daxil olan partiya liderlərinin ABŞ səfərini tam maliyyələşdirmək imtina edib və telefon əlaqəsi zamanı onlara bildirib ki, yalnız gəliş-gediş biletlərinin pullarının tən yarısını ödəyə bilir və bir də ki ABŞ-da qala bilmələri üçün çəkiləcək xərci üstələyir.

Lakin Rəsul Quliyevin bu təklifi müttəfiqlərinin heç də ürəyincə olmayıb.

Xatırladaq ki, sözügedən səfər əslində çoxdan planlaşdırılırdı və mətbuatda az qala bir ayı idi ki, xəbəri yayılmışdı. Və əslində səfərin məhz indilərdə baş tutması da sırf olaraq sözügedən maliyyə münaqişəsindən qaynaqlanmaqdadır.

Mötəbər mənbə iddia edir ki, hətta DCUMH-a daxil olan «Azadlıq» Partiyasının sədri Əhməd Orucun «blokumuzdakı durum heç də ürəyimcə deyil» şəklində mətbuata açıqlama verməsinin kökündə də məhz bu faktor dayanırdı. Yəni bu kimi vasitələrlə müttəfiqləri Rəsul Quliyevə təzyiqlər edərək, nəhayətdə, onlar partiya liderlərinin səfərləri üçün tələb olunan bütün xərcləri ACP liderinin boynuna yükləməyə müvəffəq olublar.


Geri qayıt