Əsas Səhifə > Cəmiyyət > PREZİDENTİN SAATINDAN YAZAN BLOQÇU DANIŞDI
PREZİDENTİN SAATINDAN YAZAN BLOQÇU DANIŞDI25-04-2012, 15:18 |
“ŞAH VƏ RƏİYYƏT MÜNASİBƏTİ BİTSİN” Bir neçə gün öncə “Azadlıq” qəzetində prezident İlham Əliyevin 800 min dollar olan qol saatından istifadə etməsi barədə xəbər dərc edilmişdi. Bu xəbərə prezidentin mətbuat xidmətindən münasibət gəldi. Mətbuat xidmətinin açıqlamasında “Azadlıq” qəzetini yalan məlumatın dərc olunduğu zamandan etibarən 3 gün ərzində təkzib verməklə üzr istəməsi tələb olunub. Əks təqdirdə məsələnin hüquqi müstəvidə həlli ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilib. “Azadlıq” qəzetindən bu tələbə dərhal cavab verildi və bildirildi ki, məlumat bloqçu Vəfa Cəfərovanın bloqundan götürülüb. Bloqçu Vəfa Cəfərova bu barədə “Qafqazinfo”ya açıqlama verib. O, bildirib ki, bloqunda yazdığı yazıya heç bir əlavəsi yoxdur: “Mən şəkillərə, videolara baxıb bu qənaətə gəlmişəm. Prezidentin mətbuat xidmətinin açıqlamasında İlham Əliyevin hansı firmanın saatını taxdığı haqqında heç bir məlumat yox idi”. V. Cəfərova əlavə edib ki, artıq Prezident Administrasiyasının jurnalistləri və bloqçuları narahat edən suallara cavab verməsinə sevinir. Bloqçu Azərbaycanda şah və rəiyyət münasibətlərinin bitməsini istədiyini deyib: “Xalq və xalqa xidmət edən məmurlar arasında münasibət başlasın. Prezident Adminstrasiyasının və prezidentin jurnalistlərlə dialoqa başlamasını arzu edirəm” Qeyd edək ki, Vəfa Cəfərova hal-hazıra Hollandiyada yaşayır. Geri qayıt |