Əsas Səhifə > Güney Press, Araşdırma > DƏMİRYOLÇULARA ARTIM MÜJDƏSİ

DƏMİRYOLÇULARA ARTIM MÜJDƏSİ


25-04-2012, 14:00
DƏMİRYOLÇULARA ARTIM MÜJDƏSİ

ZİYA MƏMMƏDOV MAAŞLARI ARTIRIR

Mayın 1-dən etibarən Azərbaycan dəmir yolu işçilərinin əmək haqları 20 faiz artırılacaq. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yolu QSC-nin sədri Arif Əsgərov bildirib.

Onun sözlərinə görə, hazırda orta əmək haqqı 220 manat təşkil edir: "Azərbaycan dəmir yolunda 26 mindən çox insan çalışır və bütün işçilərin əmək haqqı artırılacaq. Bu məsələ həllini tapıb. İşçilərin sosial durumlarının yaxşılaşdırılması əsas məsələ idi. Biz həmişə bununla maraqlanmışıq. İmkanlarımız əmək haqqının 20 faiz artırılmasına çatır".


Geri qayıt