Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEV FHN ŞEFİNƏ QARŞI

RAMİZ MEHDİYEV FHN ŞEFİNƏ QARŞI


25-04-2012, 13:18
RAMİZ MEHDİYEV FHN ŞEFİNƏ QARŞI

KƏMALƏDDİN HEYDƏROV ƏYALƏTƏ GETMƏK MƏCBURİYYƏTİNDƏ QALDI

DİA.AZ: - Bu günlərdə belə bir məlumat yayıldı ki, son zamanlar media sahəsinə ciddidən möhkəmlənmə kursu götürən fövqəladə hallar naziri Kəmaləddin Heydərov yeni telekaal açmaq niyyətindədir. Bildirək ki, Kəmaləddin Heydərov bu gün çox geniş media imkanlarına malikdir və onun nəzarətində media holdinq və onlarla qəzet var. Onunla tək rəqabət apara biləcək fiqur isə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, yəni onun da bossu olan hakimiyyətin «boz kardinalı» Ramiz Mehdiyevdir.

Bu gün Ramiz Mehdiyev Əli Həsənovun əli ilə çap mətbuatında böyük nüfuz sahibidir. Həm Mətbuat Şurasına və həm də Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna əzarət etmələri, çap mətbuatı üzərindəki hökmranlıqlarını daha da qətiləşdirən bir səbəb kimi çıxış edir. Bundan əlavə, Əli Həsənov eyni zamanda Milli Teleradio Şurasını da kontrolu altında saxlayır ki, bu yolla da teleməkana da nüfuz etməkdədir. Konkret olaraq «Xəzər» televiziyasında isə Əli Həsənovun fətullahgülənçilərlə ortaqlığı mövcuddur.

Elə buna görə də, bu gün FHN şefinin Əli Həsənovun diqtə etdiyi məkana nüfuz etmə təşəbbüsləri əslində, ilk baxışdan daha böyük döyüşlərin anonsu kimi qəbul edildi. Bu barədə DİA.AZ-a məlumat verən məlumatlı mənbələr bildirir ki, Əli Həsənov Kəmaləddin Heydərovun telekanal açmaq niyyətinin önlənməsi üçün birbaşa olaraq patronu Ramiz Mehdiyevdən təlimat alıb.

Mənbəmiz iddia edir ki, Kəmaləddin Heydərova yalnız əyalət rayonlarının birində telekanal aça bilməsi üçün şərait yaradıla bilər: «Bundan artığının, ümumrespublika əhəmiyyətli bir telekanalın rıçaqları isə Kəmaləddin Heydərova həvalə edilə bilməz. Hətta «AntennFM»i telekanala çevirmək istəyən ARDNŞ şefi Rövnəq Abdullayevə də zamanında belə bir imkan tanınmadı və Rövnəq Abdullayev nəticədə «RegionalTV» ilə kifayətlənməli oldu».

Əldə etdiyimiz məlumatlardan o da aydın olur ki, mövcud mənzərədən tam hali olan Kəmaləddin Heydərov da Sabirabad və yaxud da Şirvan rayonlarının birində telekanal açmağa razı olub.


Geri qayıt