Əsas Səhifə > Cəmiyyət > 15 YAŞLI OĞLANI HƏMCİNSLƏRİ 2 İL ƏRZİNDƏ ZORLAYIB

15 YAŞLI OĞLANI HƏMCİNSLƏRİ 2 İL ƏRZİNDƏ ZORLAYIB


25-04-2012, 12:57
15 YAŞLI OĞLANI HƏMCİNSLƏRİ 2 İL ƏRZİNDƏ ZORLAYIB

ZƏRDABDA TÜKÜRPƏDİCİ OLAY

Azərbaycanın Zərdab rayonunda tükürpədici hadisə baş verib. ANS TV-nin məlumatına görə, 15 yaşlı oğlan öz həmcinslərinin cinsi zorakılığına məruz qalıb.

Zərdab sakini 2 il öncə 13 yaşında ikən yaşadığı kənddə 5 həmkəndlisi tərəfindən ayrı-ayrı vaxtlarda zorlandığı barədə anasına xəbər verib. O bu addımı 2011-ci ilin dekabrında evlərinə yaxın ərazidə başqa həmkəndlisi tərəfindən şantaj olunaraq, cinsi əlaqəyə zorla təhrik olunmasından sonra atıb.

İki il davam edən cinsi zorakılıqdan sonra 9 fevral 2012-ci ildə azyaşlının anası Zərdab rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, onun azyaşlı oğlu iki ildən artıqdır ki, bir neçə həmkəndliləri və qohumları tərəfindən iki il müddətində qeyri-təbii yolla cinsi əlaqəyə məcbur edilib. Zərərçəkənin atası Ə. M. (ad şərtidir) isə oğlunu zorakılıqda ittiham etdiyi iki nəfərin -istintaqdan yayındığını iddia edir.

Zərdab rayon polis şöbəsinin işi aparan müstəntiqi Məsud Rəhimov ittihamlara aydınlıq gətirib. Müstəntiq zorlama faktından çox vaxt keçdiyindən məhkəmə tibbi ekpertizasına və bioloji ekspertiziyaya müraciət olunduğunu bildirib. Ekspertizanın rəyinə görə, adıçəkilən şəxslərdən üçünün günahı subuta yetirilib və onlar məhkəməyə verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 152-ci maddəsi (seksual xarakterli hərəkətlər) ilə cinayət işi açılıb və Zərdab rayon məhkəməsinə təqdim olunub. Faktla bağlı 3 nəfər saxlanılıb. Onların məhkəmədə günahları sübuta yetirilərsə, müttəhimlər 3 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.


Geri qayıt