Əsas Səhifə > Şou-biznes > REPERLƏ MÜĞƏNNİ ÜZ-ÜZƏ GƏLİR

REPERLƏ MÜĞƏNNİ ÜZ-ÜZƏ GƏLİR


25-04-2012, 12:34
REPERLƏ MÜĞƏNNİ ÜZ-ÜZƏ GƏLİR

FAİQ AĞAYEV ELŞAD XOSEDƏN QİSAS ALACAQ

Populyar repçi Elşad Xosenin zarafatı xalq artisti Faiq Ağayevi pis vəziyyətdə qoyub.

Məlumata görə, bunu F.Ağayev yerli telekanallardan birinə açıqlamasında bildirib.
Söhbət E.Xosenin guya F.Ağayevin toyunun olacağına dair zarafatından gedir.

Xalq artisti məsələni belə qoymayacağını, Elşaddan qisas alacağını söyləyib. O, düz 2 ay sonra repçilə zarafat edəcəyini söyləyib.

F.Ağayev tezliklə «Çıx get» mahnısına klip çəkdirmək fikrində olduğunu da bildirib: «Klipin qiyməti heç də həmişə onun keyfiyyətindən xəbər vermir. Kimsə 60 minə klip çəkdiribsə, bu, mənim daha bahalı klip çəkdirməli olduğum demək deyil. Kiminsə acığına nə isə etmək nəyə gərəkdir? Mənim üçün qiymətin rolu yoxdur. Əsas keyfiyyətdir. Aygün və Natavanın klipləri çox xoşuma gəldi». / Day.az /


Geri qayıt