Əsas Səhifə > Dünya > İRANDA SƏFALƏT HÖKM SÜRÜR

İRANDA SƏFALƏT HÖKM SÜRÜR


25-04-2012, 12:31
İRANDA SƏFALƏT HÖKM SÜRÜR

“ƏHALİNİN ALICILIQ QABİLİYYƏTİ 40 FAİZ AZALIB”

Aprelin 24-də jurnalistlərə danışan İran parlamentinin deputatı İlyas Nadiran hökumətin subsidiyaların ləğvi müqabilində əhaliyə minimum sosial yardım verməsi planının iflasa uğradığını bildirib.

“Media forum” saytının məlumatına görə, İlyas Nadiran deyib ki, bu plan əhalinin yaşayış səviyyəsinin aşağı düşməsinə, inflyasiyanın kəskin qalxmasına gətirib çıxarıb: “Əhalinin alıcılıq qabiliyyəti 40 faiz azalıb. Hökumət bu planı icra etməklə qanundan yayınıb. İnflyasiya fəsadları əhalinin narazılığına səbəb olub. Hökumət bu planı yerinə yetirmək üçün icazəsi olmadan bəzi yerlərdən pul götürüb. Mərkəzi Bankdan borc alınması və neft gəlirlərindən qanunsuz pul götürülməsi düz seçim deyildi”.


Geri qayıt