Əsas Səhifə > Hadisə > SABİRABAD MƏHKƏMƏSİNDƏ ƏDALƏTSİZ QƏRAR

SABİRABAD MƏHKƏMƏSİNDƏ ƏDALƏTSİZ QƏRAR


25-04-2012, 12:24
SABİRABAD MƏHKƏMƏSİNDƏ ƏDALƏTSİZ QƏRAR

ŞİRVAN MƏHKƏMƏSİ DƏ ƏDALƏTSİZLİYƏ ŞƏRİK ÇIXDI...

...2006-ci ilin yaz ayları idi. Qədim Muğan düzündə yerləşən Sabirabad rayonunun Güdəcüyür kəndin 2 növcavan evlənmək qərarına gəldi. Günlərin birində Həlimə Babayeva Xəyal Ağayevlə toy mərasimi keçirərək ailə həyat qurdu. Bu cütlük bir-birini bəyənib seçib, evlənmək qərarını vermişdi. Məhz onların arasında olan məhəbbət 2 gəncin birləşməsinə gətirib çıxartdı.

Əlbəttə, ailə həyatı qürmaq şərəfli olduğu qədər də məsuliyyətli və çətin bir işdir. Bu addımı atarkən təbii ki, dərindən düşünüb-daşınmaq gərəkdir.

***

... 5 illik ailə həyatı onlar üçün xoş keçdi. Həmin ünvanda 2 uşaq dünyaya gətirdilər. Hətta övladlarının gələcəyini nəzərə alıb Həlimə xanım 2008-ci ildə qaynatasının həyətində ev tikdirir. Təbii ki, birgə yaşayış dövründə özlərinə zinyət əşyaları, ev avadanlıqları da alırlar. Lakin necə deyərlər, sən saydığını-say, gör -fələk nə sayır. Düz 5 il sonra ərlə-arvad arasında narazılıqlar yaranır. Müəyyən səbəblərdən Xəyal Ağayev Həlimə Babayevadan ayrılmaq qərarına gəlir. Lazımı orqanlara müraciət etdikdən sonra onların rəsmi nigahları pozulur. Və təbii ki, ərlə-arvad arasında mal, mülk qalmaqalı da yaranır. Bu işə baxan Sabirabad rayon Məhkəməsi nədənsə işi Həlimə Babayevanın əri Xəyal Ağayevin xeyrinə həll edir. Belə ki, məhkəmənin qərarı ilə Həlimə Babayeva 2 azyaşlı uşaqları ilə əmlak hüququndan məhrum edilərək, birgəyaşayış dövründə tikdirdikləri evdən də məhrum olur. 5 il yaşadığı, dünyaya 2 uşaq gətirdiyi evdən-eşikdən, isti yuvadan ayrılmaq, daha doğrusu, qovulmaq qəlbi olan insana nə cür təsir göstərər? Olmazın əzab-əziyyətlər çəkmiş Həlimə Babayeva anasının evinə sığınmalı olur. O, hazırda 2 uşağı ilə birlikdə anasının himayəsində yaşayır. Deyirlər, bəla gələndə heç kimə xəbər vermir və dalbadal da gələ bilir. Rəsmi nikahları pozulduqdan sonra Həlimə Babayeva keçmiş əri Xəyal Ağayevdən körpə uşaqlarına görə aliment almaq fikrinə düşür. Bu barədə də iddia qaldırır. çox təəssüflər olsun ki, məhkəmə qadının iddiasını yerinə yetirməsinə baxmayaraq, Sabirabad rayon Məhkəməsinin icra məmurları isə qərarın yerinə yetirilməsində maraqlı deyillər. Sabirabad rayon Məhkəməsinin (hakim Ağarza Səmədov) çıxardığı qətnaməsinin yerinə yetirilməsinə nəzarət edilmir.

***

Bəli, Həlimə Babayeva apellyasiya şikayəti verir. ümidini ona bağlayır ki, bəlkə bu dəfə haqq öz yerini tapar. Amma ən maraqlısı budur ki, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Etibar Camalov da ədalətsizliyə yol verib Sabirabad rayon Məhkəməsinin hakmi Ağarza Səmədovun ədalətsiz və rəhimsiz qərarına ¸hə" deyib, qətnaməni qüvvədə saxlayıb.

Mirhüseyn Alarçaylı

Sabirabad


Geri qayıt