Əsas Səhifə > Ölkə > PREZİDENTİN MƏTBUAT XİDMƏTİ “AZADLIQ” QƏZETİNƏ QARŞI

PREZİDENTİN MƏTBUAT XİDMƏTİ “AZADLIQ” QƏZETİNƏ QARŞI


24-04-2012, 15:53
PREZİDENTİN MƏTBUAT XİDMƏTİ “AZADLIQ” QƏZETİNƏ QARŞI

QƏZETƏ 3 GÜN VAXT VERİLDİ

Azərbaycan Prezidentinin mətbuat xidməti "Azadlıq" qəzetinin məlumatına münasibət bildirib.

"Uzun müddətdir "Azadlıq" qəzeti ardıcıl şəkildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev haqqında həqiqəti əks etdirməyən, çox hallarda təhqiramiz və təxribat xarakterli məlumatlar yayır. Həmin qərəzli fəaliyyətin davamı olaraq qəzetin 2012-ci il 24 aprel nömrəsində cənab İlham Əliyevin guya qiyməti 800 min dollar olan qol saatından istifadə etməsi barədə heç bir əsası olmayan, yalan məlumat dərc edilmişdir", - Prezidentin mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, Prezident İlham Əliyev qəzetin təsvirinə qətiyyən uyğun gəlməyən, adi metaldan hazırlanmış, sadə və bahalı olmayan saat bağlayır. Cənab Prezident təbiətcə təvazökar olduğuna görə, həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir.

"Azadlıq" qəzeti yalan məlumatın dərc olunduğu zamandan etibarən 3 gün ərzində təkzib verməklə üzr istəməzsə, məsələnin hüquqi müstəvidə həlli ilə bağlı məhkəməyə müraciət ediləcək.

Geri qayıt