Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ELDAR ƏZİZİOVUN QƏZET QORXUSU

ELDAR ƏZİZİOVUN QƏZET QORXUSU


24-04-2012, 14:18
ELDAR ƏZİZİOVUN QƏZET QORXUSU

SUMQAYITDA KÖŞKLƏR NİYƏ YIĞIŞDIRILIR?

Sumqayıt şəhər sakini Əlisəfa Hüseynzadə maraqlı bir sual ünvanlayıb və cavabını da İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdan soruşur. O bildirir ki, Sumqayıt şəhərində yerləşən qəzet köşklərini yığışdırıb, yerində çayxana və mağaza tikirlər. Və misal olaraq da göstərir ki, şəhərin Heydər Əliyev küçəsində 4 ədəd qəzet köşkü var idi, indi isə dərmanlıq bir ədə də köşk yoxdur. Əlavə olaraq isə bildirir ki, icra başçısının qəbuluna gedəndə, "qəzet köşkləri şəhərin görkəmini pozur" deyirlər. Bunlara sual edirəm, çayxana, dükan pozmadı, qəzet köşkü pozdu?

Yəqin ki, Sumqayıt şəhər İcra Hakimiyyətindən Əlisəfa müəllimin bu sualına cavab verən olacaq. / FaktXeber /


Geri qayıt