Əsas Səhifə > Güney Press, Araşdırma > HULUSİ KILIÇ NİYƏ BELƏ AND-AMAN EDİR?

HULUSİ KILIÇ NİYƏ BELƏ AND-AMAN EDİR?


24-04-2012, 14:01
HULUSİ KILIÇ NİYƏ BELƏ AND-AMAN EDİR?

“QONDARMA "ERMƏNİ SOYQIRIMI" YALANDIR, İFTİRADIR”

Qondarma "erməni soyqırımı" yalandır, iftiradır, heç bir hüququ əsası yoxdur. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Bakıda hakim Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "erməni soyqırımı"na dair keçirilən "dəyirmi masa"da Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib.

Kılıç bilidirb ki, 2005-ci ildə Türkiyənin Baş nazirinin Ermənistana səfəri zamanı arxivlərin açılması, tarixi faktların nə dediyini qəbul etmək təklif olunmuşdu. Lakin 7 il keçməsinə baxmayaraq ermənilər bunu qəbul etmədilər.

"Tarixçilər tarix, siyasətçilər siyasətlə məşğul olmalıdırlar. Biz sülh və firavanlıq istəyirik. Bütün olanlar dünyanı gözü öndüdədir, ermənilərin işğalı hələ ki bitməyib, lakin buna kimsə səsini çıxarmır. Dolayısı ilə ikili standartların ortalığa çıxmasını görürük", - səfir deyib.


Geri qayıt