Əsas Səhifə > Cəmiyyət > ŞOK: ERMƏNİLƏRƏ AZƏRBAYCANDA DA YAS TUTULUR

ŞOK: ERMƏNİLƏRƏ AZƏRBAYCANDA DA YAS TUTULUR


24-04-2012, 13:22
ŞOK: ERMƏNİLƏRƏ AZƏRBAYCANDA DA YAS TUTULUR

BIY, SƏN DEMƏ BU GÜN ERMƏNİ ÖLDÜRMÜŞÜK…

DİA.AZ: - Hə, bu gün ermənilərin bütün dünyaya vay-şivən saldığı bir gün imiş. Xəbərimiz yox imiş. Guya ki, bu gündə düz 97 il əvvəl biz türklər erməniləri qanlarına qəltan etmişik, milyonlarla erməni öldürümşük.

Təbii ki, dünya belə bir həyasızlığa hələ də şahidlik etməkdədir. Hətta ermənilərin saxta qırılma iddialarını rəsmiləşdirən ölkələr də var.

Olsun, nə deyirik…

Mahiyyətcə oğru, xislətcə quldur olan ermənilərin bir xüsusiyyətini isə hər kəs bilməmiş deyil. Bu toplum (onların millət olmasına çox var) zaman-zaman Türkün yaxşı olanını öz adına çıxıb, Türkə etdiyi pislikləri isə Türkün ayağına yazıb ki, guya həmin pislikləri biz onlara etmişik.

Əgər elm-texnika əsri olmasaydı, yəqin ki, bu vəhşilər 50-60 ildən sonra Xocalı qətliamını da bizim ayağımıza yazardılar və dünyaya belə təqdim edərdilər ki, guya Xocalıda onlar yox, biz vəhşilik edib erməniləri qırmışıq.

Nə desən, ola bilər.

Amma dərd bu deyil. Dərd ondadır ki, illərdir biz Azərbaycan türkləri ermənilərin 24 aprel sərsəmləmələrinə uyaraq, qondarma qətliama yas tuturuq. Özümüz də bilmədən. Xəbərimiz də olmadan.

Necə? İzah edək.

Yəqin ki, bu gün Azərbaycanda hər kəs May ayında toy etməyin əleyhdarıdır. Özümüz də bilmədən bu aya «boş ay», «uğursuz ay» damğasını vurub, həmin aya xeyir işlərimizi salmağa ehtiyat etmişik.

Amma bilirsinizmi ki, bu ayda xeyir işlərdən imtina kimlərdən bizim genimizə yeridilən bir təzahürdür? ERMƏNİLƏRDƏN! Bəli, 24 apreldəki uydurma erməni qətliamına biz Azərbaycan türklər bütün may ayı boyunca yas tutub, 40-nın çıxmasını gözləyirik.

Odur ki, cənablar, Allahın bəxş etdiyi Yaz fəslinin ən gözəl dövrü olan May ayında evlənməkdən, xeyir iş tutmaqdan çəkinməyin. Uymayın erməni fitnəsinə.


Geri qayıt