Əsas Səhifə > Şou-biznes > "GÖZLƏRİMƏ İNANA BİLMİRDİM"

"GÖZLƏRİMƏ İNANA BİLMİRDİM"


24-04-2012, 12:54
"GÖZLƏRİMƏ İNANA BİLMİRDİM"

MODEL GÜNAY MUSAYEVA GÜNLƏRİ SAYIR

Model Günay Musayeva hamiləliyinin sonuncu ayını yaşayır. Mayın ortalarında ilk övlad sevincini yaşamağa hazırlaşan azərbaycanlı model həyat yoldaşı Tolqa Karellə həmin tarixi səbrsizliklə gözləyir. Model Milli.Az-a bildirdi ki, artıq uşaq üçün nəzərdə tutulan otaq hazırdır.

«İki ay öncə ailəmin yanına getmişdim. Bir həftədən sonra qaydanda gördüm ki, Tolqa mənə sürpriz edib. Uşaq üçün alış-veriş etməyə mənə ehtiyac qalmadı. Bütün ehtiyaclar tamamlanıb. Hətta 3 yaşına qədər olan geyimləri də indidən alıb. Yatızdırmaq üçün CD və s. kiçik detalları belə unutmayıb. Gözlərimə inana bilmirdim. Mənim bilmədiyim ləvazimatlar da artıq evimizdədir. Alış-verişi mənim üçün də edib. Xəstəxana şəraitində, sonrakı dönəmdə geyim üçün nə tələb olunursa, artıq qarderobumuzdadır».

Uşaq üçün hamam otağı belə hazırlandığını deyən Günay bunun da Tolqa Karelin ideyası olduğunu bildirdi:

«Otağının yanında ayrıca hamam otağı hazırlayıb. Çox xoşuma gəldi. Tolqa məndən çox həvəslidir. Artıq alacaq, düşünüləcək bir şey qalmayıb. Yaxın çevrəmizlə günləri sayırıq. Tək diləyimiz övladımızın sağ-salamat dünyaya gəlməsidir».

Qeyd edək ki, qadınlarda hamiləlik dönəmində, eyni zamanda ana olarkən depressiya hallarının olması istisna edilmir. Günay Musayeva bu dönəmində belə bir hal yaşamadığını şükranlıqla qeyd etdi.

«Bu zamana kimi yaxşı gəlmişəm. Elə bir problemim olmadı. Son həftələr bir az hərəkət tələb edir deyə, gəzintiyə çıxıram, idmanla məşğul oluram. Musiqi dinləyirəm, komik filmlər izləyirəm. Çox kökəlmişəm. Bundan şikayətçiyəm. 49 kilodan 73 kiloya çatmışam. Uşaq dünyaya gələndən sonra, şübhəsiz, əvvəlki çəkimə dönəcəm. Bunu idman və sağlıqlı qidalanma yolu ilə edəcəm. Bu gün əvəzolunmaz analıq hissini yaşayıram və artıq kiloqramları özümə dərd etmirəm. Tanrı hər bir qadına bu gözəlliyi bəxş etsin», - deyə Günay xanım bildirdi.


Geri qayıt