Əsas Səhifə > Partiya > ARİF HACILI AVROPAYA ŞİKAYƏT EDƏCƏK

ARİF HACILI AVROPAYA ŞİKAYƏT EDƏCƏK


24-04-2012, 12:51
ARİF HACILI AVROPAYA ŞİKAYƏT EDƏCƏK

ALİ MƏHKƏMƏ ONUN İDDİASINI TƏMİN ETMƏDİ

Bu gün Ali Məhkəmə 2 aprel məhbusu Arif Hacılının və eyni iş üzrə şərti çəzaya məhkum olunmuş Fuad Qəhrəmanlının kassasiya şikayətinə baxılıb. Bu barədə musavat.com-a əməkdaşımız Leyla İlqar məlumat verib.

Vəkil Əsabəli Mustafayev reportyorumuza bildirib ki, kassasiya şikayətində Arif Hacılının hökmünün qanunsuz sayılması və ləğv olunması, ona bəraət verilməsi istənilirdi. Ancaq Ali Məhkəmə nə onun, nə də tam bəraət tələb edən F.Qəhrəmanlının iddiasını təmin etməyib.

Vəkil bildirib ki, beləliklə son məhkəmə instansiyası da dəf edildikdən sonra adı çəkilən şəxslərin Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsi üçün heç bir baryer qalmayıb və yaxın vaxtlarda bu müraciət gerçəkləşdiriləcək.


Geri qayıt