Əsas Səhifə > Hadisə > TƏLƏBƏNİN DƏ PULUNA GÖZ DİKƏN VAR İMİŞ

TƏLƏBƏNİN DƏ PULUNA GÖZ DİKƏN VAR İMİŞ


24-04-2012, 12:36
TƏLƏBƏNİN DƏ PULUNA GÖZ DİKƏN VAR İMİŞ

OĞRULAR HƏBS OLUNUB

Bakıda tələbənin pulunu oğurlayan şəxslər saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, aprelin 20-nə keçən gecə A.Şərifzadə küçəsində yerləşən Texniki Universitetin yataqxanasında Urfan Hacıyevin yaşadığı otaqdan 1400 manat naməlum şəraitdə oğurlanıb.

Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, Goranboy rayon sakini Razi İbrahimov, Cəlilabad rayon sakini Dövlət Alışov və İmişli rayon sakini Xəyal Qurbanov aprelin 23-də tutulublar.


Geri qayıt