Əsas Səhifə > Hadisə > RƏSUL QULİYEV JURNALİSTLƏRƏ ATIB

RƏSUL QULİYEV JURNALİSTLƏRƏ ATIB


23-04-2012, 18:04
RƏSUL QULİYEV JURNALİSTLƏRƏ ATIB

REDAKSİYAYA ACP LİDERİNİN BORCU VAR

Bir neçə həftə bundan əvvəl Bakı İnformasiya Agentliyinin təsisçisi həbs olunduğuna görə, sayt fəaliyyətini dayandırıb. Bu barədə “Vətəninfo.az” a agentliyin əməkdaşları xəbər verib.

Məlumata görə, saytda çalışan müxbirlərin də maaşı bu səbəbdən verilməyib. Maaş məsələsi ilə bağlı saytın təsisçisi Sudef Məcidovun oğluna dəfələrlə müraciət olunsa da, bu problem öz həllini tapmayıb.

Əməkdaşların sözlərinə görə, saytın fəaliyyəti zamanı ACP lideri Rəsul Quliyevlə bağlı informasiyalara da geniş yer verilib. Bu da onunla bağlıdır ki, Rəsul Quliyev saytın maliyyə məsələlərində təsisçiyə yaxından köməklik göstərirdi.

Xatırladaq ki, Bakı İnformasiya Agentliyi nin təsisçisi Sudef Məcidov Azərbaycan Cinayət Məcəlləsinin (CM) 182.2.4 maddəsi (hədə-qorxu ilə tələb etmə - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə həbs olunub.


Geri qayıt