Əsas Səhifə > Güney Press, Reklam > BİR ANANIN FƏRYADI

BİR ANANIN FƏRYADI


23-04-2012, 16:34
BİR ANANIN FƏRYADI

“6 İLDİR Kİ, QIZIM YATAQ XƏSTƏSİDİR”

1988-ci ildə anadan olmuş Pərvanə Məhərrəmova 6 ildir ki, yataq xəstəsidir. Pərvanə məktəbdə oxuduğu vaxtlarda yüksək dərs qavrama qabiliyyəti olub. Xüsusən riyaziyyat fənninə böyük maraq göstərib. 11-ci sinifdə oxuyarkən tədricən baş ağrılarına düçar olub və ağrıları getdikcə kəskinləşib. Müalicələr heç bir effekt verməyib və qız yerimə qabiliyyətini itirib. 2005-ci ildə Mərkəzi Kliniki xəstəxanasının həkimləri ona “Leyqi Velsin Kanavalov” diaqnozu qoyublar. Bu diaqnozda isə hərəkət orqanlarının iflici, hərəkətsizlik, hərəkət orqanlarında əyilmə, nitqin tutulması halları müşahidə olunur. Birinci qrup əlillik dərəcəsinə görə, Pərvanə 57 manat pensiya alır. Bu pul isə onun müalicə xərclərini belə ödəmir. Xəstə Pərvanənin anası imkanı olan, xeyirxah insanlara müraciət edərək kömək diləyir: “Həkimlərin dediyinə görə, Pərvanənin müalicəsi İsraildə və Almaniyada mümkündür. Bu müalicəyə isə 40 min manat tələb olunur. İmkanı olan insanlardan xahiş edirəm qızımın müalicəsinə yardımçı olun, Allah da sizə yardım etsin. Bütün azərbaycanlılara, xüsusən qərbi azərbaycanlılar, əsasən Göyçəlilərdən Cil kəndindən olan ziyalılarımıza səslənirəm: qızımın harayına yetişin”.

Ünvan: Abşeron rayonu Saray qəsəbəsi Adil Mənsimov küçəsi, ev 21.

Əlaqə telefonları: (050) 522 52 83
Fazil ( 055) 763 90 65
(012) 3441529


Geri qayıt