Əsas Səhifə > Dünya > KOREYA KOREYAYA QARŞI

KOREYA KOREYAYA QARŞI


23-04-2012, 16:11
KOREYA KOREYAYA QARŞI

XÜSUSİ ƏMƏLİYYAT HAZIRLANIR

KXDR-in hərbi rəhbərliyinin nümayəndələri tez bir zamanda Cənubi Koreya Prezidenti Li Men Baka qarşı xüsusi əməliyyata başlamaq niyyətindədirlər. SalamNews-un RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, onun Şimali Koreyanın mərhum liderlərini təhqir etdiyi güman olunur.

Məlumata əsasən, əməliyyatın əsas hədəfləri Cənubi Koreya Prezidenti Li Men Bak və onun müttəfiqləri, həmçinin konservativ KİV nümayəndələri olacaq.

Hərbiçilərin necə hərəkət edəcəkləri barədə dəqiq məlumat verilməyib.

Şimali Koreya Li Men Bakın ölkənin mərhum liderləri Kim İr Sen və Kim Çen İrin xatirəsini təhqir etdiyi ehtimal olunan bir sıra bəyanatlarına sərt reaksia verib və onu “müqəddəs müharibə” ilə hədələyib. Cümə günü isə KİV Şimali Koreyanın paytaxtı Pxenyanda minlərlə insanın nümayişə çıxaraq Cənubi Koreya prezidentinin ünvanına təhqirlər söyləməsi və onun ölümünü tələb etməsi haqda məlumat verib.


Geri qayıt