Əsas Səhifə > Partiya > "BU HAKİMİYYƏT YA DƏYİŞƏCƏK, YA DA Kİ, DƏYİŞƏCƏK"

"BU HAKİMİYYƏT YA DƏYİŞƏCƏK, YA DA Kİ, DƏYİŞƏCƏK"


23-04-2012, 12:30
"BU HAKİMİYYƏT YA DƏYİŞƏCƏK, YA DA Kİ, DƏYİŞƏCƏK"

İSA QƏMBƏRDƏN MİTİNQSONRASI QEYD

Məlum olduğu kimi 8 aprel mitinqinə hakimiyyət kifayət qədər reaksiya verdi. Bu reaksiya hətta ölkənin ən yüksək rəsmiləri səviyyəsində belə müşahidə edildi. Müxalifət hakimiyyətin bu reaksiyasını onun 8 aprel mitinq narahatçılığı ilə əlaqələndirirlər. Nəhayət dünən növbəti dəfə əhalinin böyük və narazı bir kütləsi 20-ci sahədə mitinq keçirdi. Bu dəfə ki, mitinqin kütləviliyi, 8 aprel mitinqindən çoxluğuna görə fərqlənirdi. Hakimiyyət bu etirazlardan sonra hər hansı bir islahatlara gedəcəkmi?

Mövzu ilə bağlı açıqlama verən Müsavat başqanı İsa Qəmbər, hakimiyyətin mitinqlərdən ciddi şəkildə narahat olduğunu bildirdi: “Çünki onlar komunukasiyaların və yolların bərpad olduğu bir yeri verməklə və mitinqə gələn insanların qabağını almaqla düşünürdülər ki, meydanlarda az adam olacaq.”

Hakimiyyətin 8 aprel mitinqindən sonra yasa düşdüyünü qeyd edən Müsavat başqanı, “bu dəfəki mitinqdə artımı görən hakimiyyət təbii yenə də narahat olacaq”,-deyə bildirdi: “Bu hakimiyyət ya dəyişəcək, ya da ki, dəyişəcək. Birinci halda özü dəyişməlidir. İlk öncə öz korrupsionerliyindən əl çəkib ölkədə köklü demokratik dəyişilmələr haqqında düşünməlidir. Əks təqdirdə bu dəyişiklər xalqın iradəsi ilə həyata keçiriləcək. Artıq bu proses gedir və bu günkü mitinqdə bunun sübutudur. / FaktXeber.com /


Geri qayıt