Əsas Səhifə > Cəmiyyət > MTN-DƏN DAHA BİR UĞURLU ƏMƏLİYYAT

MTN-DƏN DAHA BİR UĞURLU ƏMƏLİYYAT


23-04-2012, 12:15
MTN-DƏN DAHA BİR UĞURLU ƏMƏLİYYAT

TERRORA HAZIRLAŞAN VƏHABİLƏR ƏLƏ KEÇİB

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) Zaqatalada növbəti əməliyyat keçirib.

Rayon hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, həyata keçirilən xüsusi əməliyyat nəticəsində Gəncədə zərərsizləşdirilən qanunsuz silahlı qruplaşmanın başçısı Vüqar Padarovun daha bir yaxın silahdaşı Anar İsfəndiyar oğlu Ramazanov tutulub.

Əməliyyatçılar A. Ramazanovun və bir müddət əvvəl MTN-in Zaqatalada həyata keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılan Rəşad Aşurovun evindən xeyli sayda silah-sursat və partlayıcı qurğular aşkar edərək götürüblər.

Əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, MTN ölkənin ictimai-siyasi həyatını ciddi təhdid edən təhlükəli dəstənin zərərsizləşdirilməsi, terrorçuluq aksiyalarının vaxtında qarşısının alınması üçün Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Qax, Zaqatala, Şəki, Qusar, Abşeron və Xaçmaz rayonlarında irimiqyaslı xüsusi əməliyyat keçirilib. Bir sıra hallarda dəstə üzvləri tərəfindən silahlı müqavimət göstərilməsi cəhdlərinin qarşısı alınıb, silahlı birləşmənin üzvləri, Azərbaycan Respublikasının vətəndaşları - Nurəliyev Elmir Maarif oğlu, Sultanov Faiq Sahib oğlu, Muradov Əmir Zəkrulla oğlu, Əliyev Ağasadıq Tofiq oğlu, Abbasoğlu Nəriman İsrafil oğlu, Həsənov Aydın Azad oğlu, Həsənov Arif Azad oğlu, Lələyev Bəhruz Mahmud oğlu, Aşurov Rəşad Rəcəb oğlu, Aşurov Məcid Əhmədoviç, Padarov Mehdi İspaxan oğlu, Yunusov Nəsrullah Arif oğlu, Əfəndiyev Rauf Aydın oğlu, Həmidov Elmir Kamal oğlu, Məmmədov Məmməd Şaban oğlu, Allahverdiyev Ruslan Sahib oğlu, Süleymanov Faiq Süleyman oğlu, Qaracayev Teymur Məhəmməd oğlu və Lələyev Mahmud Baqi oğlu yaxalanıblar.

Dəstə başçısı Vüqar Padarovu və onunla birlikdə gizlənən digərlərinin tərksilah olunması və tutulması üzrə keçirilən antiterror əməliyyatı zamanı həmin şəxslər MTN-in xüsusi təyinatlılarının təslim olmaq barədə qanuni tələbinə tabe olmayaraq odlu silahlardan fasiləsiz atəşlər açıb və əl qumbarası atıblar. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən Vüqar Padarov məhv edilib, Faiq Sultanov və Əmir Muradov isə tutulub.


Geri qayıt