Əsas Səhifə > Şou-biznes > ÇÖRƏYƏ HƏSRƏT QALAN RÖYA

ÇÖRƏYƏ HƏSRƏT QALAN RÖYA


23-04-2012, 12:05
ÇÖRƏYƏ HƏSRƏT QALAN RÖYA

MÜĞƏNNİMİZ CİDDİ REJİMLİ PƏHRİZ SAXLAYIR

Tanınmış müğənni Röya Ayxan xeyli vaxtdır, ciddi pəhriz saxlayır.

Müğənni 5 kilo kökəldiyini iddia edib, çox az qidalanır. 52 kilodan 57-yə qədər kökələn Röya birinci növbədə çörəkdən imtina edib. Daha çox dəniz məhsullarına üstünlük verən müğənni kalorisi çox olan yeməklərdən uzaq dayanmağı da məharətlə bacarır.

“Rəngarəng” verilişinin çəkilişləri zamanı kamera sönəndən sonra ac olduğunu açıqlayan Röya onun üçün hazırlanan və pəhriz yeməklərilə zəngin olan masaya təşrif buyurdu. Ağ çörəyi görüb, nəfsini saxlaya bilməyən müğənni çörəyi əlinə alıb, yeməsə də, onu qoxladı. Çörəyi iyləməklə kifayətlənən müğənni uzun zamandır onu yemədiyini açıqladı.

Masada onunla birgə əyləşən aparıcı Zaur Nəbioğlu da nə qədər israr etdisə, Röya çörəyi yemədi ki, yemədi. Zaur Röyaya müraciət edərək, onun kökəlmədiyini və çox yaxşı göründüyünü desə də, Röya qəti surətdə çörək yeməyəcəyini dilə gətirdi.

“Ayın 26-sı bir gecə üçün möhtəşəm libas almışam. Onu alanda 5 kilo kökəlməmişdim. İndi mən əvvəlki formama qayıtmalıyam ki, o libas əynimə həmənki kimi gözəl qalsın”, - deyə o, Zaura cavab verdi.

O ki qaldı “Rəngarəng”ə, verilişin bu həftəki qonağının kim olduğunu isə bir neçə gündən sonra biləcəksiniz.


Geri qayıt