Əsas Səhifə > Güney Press, Üçüncü sektor > DYP DƏ “AVROVİZİYA”YA HAZIRLAŞIR

DYP DƏ “AVROVİZİYA”YA HAZIRLAŞIR


23-04-2012, 12:00
DYP DƏ “AVROVİZİYA”YA HAZIRLAŞIR

SÜRÜCÜLƏRƏ BUKLETLƏR PAYLANILACAQ

Bakı Yol Polisi "Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar maarifləndirici bukletlər və danışıq kitabçası paylanılmasına başlayacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi və Baş İdarənin birgə əməkdaşlığı ilə həyata keçirilən layihə çərçivəsində ingilis və Azərbaycan dillərində söz və söz birləşmələrindən ibarət lüğət-kitabça hazırlanıb.

Kitabça mayın 1-dən taksi, avtobus sürücülərinə, yol polisi əməkdaşlarına paylanılacaq.

Bakı haqqında məlumatlar, hotellər, evakuasia xidməti, avtomobillərin kirayəsi obyektləri, restoranlar, əyləncə mərkəzləri barədə məlumatların yer aldığı bukletlər isə müsabiqə ərəfəsi paytaxtda olacaq turist və qonaqlara paylanacaq.

Kitabça və bukletlərin təqdimat mərasimində "Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Nigar Camal da iştirak edəcək.

Nigar Camal BMT-nin Yol təhlükəsizliyi fəaliyyətinin onilliyi (UN Decade Action for Road Safety), eləcə də Nəqliyyatın Təhlükəsizliyi və Sabitliyi uğrunda Şərq İttifaqına səfir təyin edilib.

Layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.


Geri qayıt