Əsas Səhifə > Cəmiyyət > DÖBLƏT BAYRAQ MEYDANI SÜRÜŞÜR?

DÖBLƏT BAYRAQ MEYDANI SÜRÜŞÜR?


20-04-2012, 14:03
DÖBLƏT BAYRAQ MEYDANI SÜRÜŞÜR?

“SÜRÜŞMƏ ZONASI 800 HEKTAR ƏRAZİNİ ƏHATƏ EDİR

“Bayıl yamacındakı sürüşmə zonasının dayanıqlığını yoxlamaq üçün həmin ərazidə tədqiqat işləri aparılıb”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaatlayihə" Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun direktoru Yusif Nağıyev deyib.

Y. Nağıyev prezident İlham Əliyevin tapşırığı ilə FHN tərəfindən Yaponiya və Hollandiyanın tanınmış şirkətlərinin Azərbaycana dəvət olunduğunu bildirib: “Həmin şirkətlərin və nazirliyin aparıcı mütəxəssisləri ilə birlikdə Bayıl yamacının dayanıqlığını yoxlamaq üçün tədqiqat işləri aparılıb. Dayanıqlığın səviyyəsi öyrənildikdən sonra bununla bağlı layihə hazırlanıb. Layihə 3 mərhələdən ibarətdir. Birinci mərhələdə Neftçilər prospekti ilə Tofiq Bağırov küçəsinin kəsişməsində sürüşmənin dibini yükləmək üçün torpaq tökülüb. Daha sonra həmin ərazidə yaşıllıq zonası salınacaq. İkinci mərhələdə Tofiq Bağırov küçəsinin aşağı hissəsində 55 metr dərinliyə kimi torpaqda bərkitmə işləri aparılacaq. Yuxarı yamaclarda isə suyun səviyyəsini 3 -5 metr aşağı salmaq üçün drenaj quyuları qazılacaq”.

Y. Nağıyev sürüşmə zonasının 800 hektar (ha) ərazini əhatə etdiyini deyib: “Hazırda ərazidə tədqiqatlar gedir. Sürüşmə zonası Qanlı göldən Bayraq Meydanına kimi olan 800 hektar ərazini əhatə edir. Tədqiqatlar tamamlandıqdan sonra həmin ərazinin layihəsi hazırlanacaq. Bütün işlər yekunlaşandan sonra Bayıl yamacında çox gözəl park salınacaq”.


Geri qayıt