Əsas Səhifə > Sosial, Manşet > RƏSUL QULİYEVƏ BAKIDAN PUL ÖTÜRÜLÜR

RƏSUL QULİYEVƏ BAKIDAN PUL ÖTÜRÜLÜR


20-04-2012, 13:58
RƏSUL QULİYEVƏ BAKIDAN PUL ÖTÜRÜLÜR

KEÇMİŞ PARLAMENTİ SƏDRİNİN QARA MAZUT ALVERİNDƏKİ PAYI QORUNUR

DİA.AZ: - ABŞ-da siyasi mühacir həyatı yaşayan keçmiş parlament sədri Rəsul Quliyev Azərbaycana dönə bilməsi üçün yollar arayır. Bu sensassion məlumatı redaksiyamıza hökumət içindəki etibarlı mənbələr ötürüb. Mənbə DİA.AZ-a bildirir ki, artıq Açıq Cəmiyyət Partiyası liderinin bu çabaları ilə bağlı rəsmi Bakı məlumatlandırılıb və onun dönüş niyyətinin qarşısı əngəllənir.

Xatırladaq ki, bir neçə müddətdir Rəsul Quliyev Vaşinqtonda çox mühüm siyasi çevrələrlə görüşlər keçirir. Və həmin görüşlərin yalnız bir qismi haqda və Rəsul Quliyevin redaktəsi ilə mətbuata ötürüldüyündən, əslində ACP liderinin Vaşinqton turnesinin əsl mahiyyəti cəmiyyətdən gizli tutulur.

Mənbəmizin iddalarına görə, Rəsul Quliyev hətta ABŞ Dövlət Departamentinin rəhbəri Hillari Klintonun müşavirlərindən biri ilə də görüşməyə müvəffəq olub: «Həmin şəxs Azərbaycana qarşı antipatiyası ilə seçilən birisidir. Amma Rəsul Quliyev onunla görüşüb və Bakıya dönüşü üçün şəraitin yaradılması xahişində bulunub».

Onu da xatırladaq ki, 2004-cü ilin aprel ayında ABŞ Dövlət Departamenti Azərbaycanda əməkdaşlıq edə biləcəyi siyasi xadimlərin adlarını açıqlayarkən Rəsul Quliyevlə bağlı xüsusi haşiyə ilə də diqqətləri cəlb etmişdi. Departamentin adından verilən açıqlamada qeyd olunurdu ki, Amerika hökuməti Azərbaycanda İlham Əliyevlə, Etibar Məmmədovla, İsa Qəmbərlə və Əli Kərimli ilə əməkdaşlıq etməkdə maraqlıdır: «Rusiyanın xüsusi xidmət orqanlarının nəzarəti altında olan Rəsul Quliyev ABŞ üçün heç bir formada partnyor hesab olunmur».

İndi isə belə bir təqdimatın fonunda Rəsul Quliyevin ABŞ-a sığınma imitasiyası yapması, əslində tamam fərqli maraqlara xidmət edə bilər. Bu barədə danışan mənbəmiz bildirir ki, əslində Rəsul Quliyev hər zaman hakimiyyət içindəki rusiyameyilli qüvvələrlə əlbir olub: «Onun hətta köhnədən mazut alverindən payı da özünə çatdırılır».

Bu şok məlumatı redaksiyamıza verən mənbə israrla bildirir ki, bu alver son zamanlar xeyli dərəcədə zəifləsə də, qeyri-leqal neft satışının mahir ustalarından olmuş Rəsul Quliyev və onun bir nömrəli adamı olan keçmiş deputat Rza İbadov hələ də sözügedən biznesdəki paylarının müəyyən hissəsini əllərində saxlayırlar. Bunun hansı yolla baş tutması haqda isə heç bir məlumat əldə edə bilməmişik.

Geri qayıt