Əsas Səhifə > Cəmiyyət > DAHA BİR JURNALİST DÖYÜLDÜ

DAHA BİR JURNALİST DÖYÜLDÜ


20-04-2012, 13:44
DAHA BİR JURNALİST DÖYÜLDÜ

XANIM MÜXBİRƏ QARŞI FİZİKİ ZORAKILIQ

"Yeni Müsavat"ın əməkdaşı Röya Rəfiyeva bu gün günorta radələrində "Neftçilər" metrostansiyasının yaxınlığında maklerlərin yığışdığı bağda reportaj hazırlayarkən polis əməkdaşları tərəfindən zorakılığa məruz qalaraq, Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinə aparılıb. Bu barədə redaksiyamıza hadisənin şahidi olan maklerlər xəbər verib.

Onların dediyinə görə, polislər jurnalistə fiziki güc tətbiq ediblər. R.Rəfiyeva əməkdaşlarımızın telefon zənglərinə ağlaya-ağlaya cavab verib.

Redaksiya rəhbərliyi DİN-in mətbuat xidməti ilə əlaqə saxlayıb, hadisə barədə məlumat verib və ölçü götürülməsini xahiş edib.

Daha sonra əməkdaşımız xəbər verib ki, o, maklerlərin şikayətini dinlədiyi zaman polislər ona mane olublar və özləri ilə bölməyə gətiriblər. / musavat /


Geri qayıt