Əsas Səhifə > Cəmiyyət > KƏMALƏDDİN HEYDƏROV BAKIDAN SÜRGÜN OLUNUR

KƏMALƏDDİN HEYDƏROV BAKIDAN SÜRGÜN OLUNUR


20-04-2012, 13:30
KƏMALƏDDİN HEYDƏROV BAKIDAN SÜRGÜN OLUNUR

FÖVQALADƏ HALLAR NAZİRLİYİ KÖÇÜRÜLƏ BİLƏR

Paytaxt Bakıda mövcud sıxlığı aradan qaldırmaq üçün bir sıra təkliflər səsləndirilir. Bir müddət öncə yalnız ali təhsil müəssisələrinin Bakıdan kənarda yaradılacaq tələbə şəhərciyinə köçürülməsi məsələsi səsləndirilsə də, hazırda bu təklifin nazirliklərə də şamil edilməsi yönümündə fikirlər var.

Modern.az saytına daxil olan məlumata görə Bakıda mövcud nazirliklərin bəziləri paytaxtdan kənara köçürüləcək. Məsələn, Kənd Təsərüfatı Nazirliyinin Gəncəyə, Nəqliyat Nazirliyi və Fövqəladə Hallar Nazirliyi isə şəhərdən kənara köçürüləcək.

Modern.az saytının əməkdaşı məlumatı dəqiqləşdirmək üçün Nazirlər Kabineti ilə əlaqə saxlayıb. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, bu barədə heç nə deyə bilməz: “Bununla bağlı bizdə heç bir informasiya yoxdur”-deyə o vurğulayıb.


Geri qayıt