Əsas Səhifə > Şou-biznes > QOY BİR, ARIQLAYIM, GÖRÜN NƏ EDƏCƏM...

QOY BİR, ARIQLAYIM, GÖRÜN NƏ EDƏCƏM...


20-04-2012, 13:26
QOY BİR, ARIQLAYIM, GÖRÜN NƏ EDƏCƏM...

KÖNÜL KƏRİMOVA DİETƏ OTURUR

Çəkisi sərbəst geyim seçməyə mane olan tanınmış müğənnilərimiz az deyil.

Bəzi geyimlər var ki, onların artıq çəkisini qabarıq göstərir deyə, müğənnilər paltar seçiminə ehtiyatla yanaşırlar. Müğənni Könül Kərimovanın köklük problemi olmasa da, əvvəlki çəkisi ilə indiki arasında böyük fərq olduğunu Milli.Az-a bildirir.

«Mən sərbəst geyinməyi sevənlərdənəm. Amma çəkim son illər bu sərbəstliyimi əlimdən alıb. Düzdür, efirdən kənarda adi günlərimdə sərbəstliyin dadını çıxarıram. Amma efirdə, səhnədə də arzuladığım geyimləri istifadə etmək arzusundayam. Söhbət çox açıq geyimlərdən getmir», - deyən ifaçı qarşısına məqsəd qoyub. O, yaxın aylarda sürətlə arıqlayacağını bildirdi.

«Zəhmət çəkib xeyli sayda kilo itirməliyəm. İstədiyim formanı alandan sonra arzuladığım geyimləri səhnə üçün də geyinə biləcəm», - deyən sənətçi bildirir ki, yaraşıqlı görünməsi üçün büdcəsinin ağzını kifayət qədər açmağa ehtiyac duymur.

«Məni narahat edən bir az çəkim olub, qalan elə bir kompleksim yoxdu. Şükür ki, geyindiyim hər bir paltar insanların diqqətini çəkir. Bəzən efirə 100 manatlıq geyimlə çıxmışam, dərhal zəng vurub söyləyiblər ki, onu haradan, neçəyə almışam. Bəzi xanımlar elə biliblər ki, ona 200 yox, 5000 pul xərcləmişəm. Mən yaraşanı geyindiyim üçün göz oxşaya bilirəm. Məncə, çitdən elə bir paltar tikdirib geyinmək olar ki, hamı bahalı brend olaraq qəbul edər. Əsas odur ki, paltar insanın simasına, vicuduna otura bilsin. Toylarda adi insanların geyiminə baxıram və bəzən dəhşətə gəlirəm. İnanın, pulu olmaqla deyil, dünyagörüşü yoxdur», - deyən Könül Kərimova sənət adamları arasında vicuduna yaraşmayanı geyinən sənətçilərin də çox olduğu qənaətindədir.

«Bəzi sənətçilər bahalı geyinsinlər deyə, yaraşıb-yaraşmadığının fərqinə varmırlar. Nəticədə, bahalı geyimləri gözdən salırlar. Türkiyənin Ajda Pekkanını izləyənlər çoxdur, açıq geyimlərdən istifadə edir. Amma bədən quruluşu bu geyimləri yaraşıqlı göstərir. Vicudu gözü dəlmir. Normaldır. Mən bu cür forma ilə sərbəst geyinməkdən danışıram. Qismət olsa, sınaqdan keçirəcəm».

Könül xanım peşəsindən asılı olmayaraq, hər bir xanımın zövqlü olmağını vacib sayır. Bunun üçün bir az diqqətli olmağın vacibliyindən söz açan müğənni belə deyir:

«Əslində, mən dünyanın altını-üstünü bilən insan deyiləm. Bəzi məsələlərdə 18 yaşlı qızımla məsləhətləşirəm. Amma zövqüm yerindədir. Çoxları evimin muzeyə bənzədiyini deyirlər. Amma mən bu ev üçün külli miqdarda pul xərcləməmişəm. Özüm kasıb daxmada böyümüşəm. Həmişə arzulamışam ki, nağıllara bənzəyən evim olsun. Halal pulumu qazananda bunu ailəmlə birlikdə etməyə başladım. Hər şeyi vəhdət halına gətirmişəm. Evimdə elə bir əşya var ki, qiyməti 100 manat olub, efirdə görənlər ona 20 min manat oxuyublar. Elə qohumlarım var ki, yeni evlənənləri olanda, evini bəzəməyə məni aparırlar. Bunu zövqümə inanaraq edirlər», - deyə sənətçi bildirdi.


Geri qayıt