Əsas Səhifə > Dünya > “ƏL-QAİDƏ”DƏN ETİRAF GƏLDİ

“ƏL-QAİDƏ”DƏN ETİRAF GƏLDİ


20-04-2012, 13:15
“ƏL-QAİDƏ”DƏN ETİRAF GƏLDİ

TERROR TƏŞKİLATI AKSİYANI BOYNUNA GÖTÜRDÜ

İraqda dünən 30-dan çox insanın öldüyü terror aktlarını Əl-Qaidə terror təşkilatının İraq qolu boynuna götürüb.

"İraq İslam Dövləti" internet saytında nümayiş etdirilən açıqlamada, dünənki hücumlarda "sünni xalqının torpaqlarını ələ keçirmə, embarqo, işgəncə və nəzarət kampaniyalarına qarşılıq olaraq təhlükəsizlik qüvvələri və hökumət səlahiyyətlilərinin hədəfə alındığı" bildirilir.

Təşkilat, "ölkə boyu 10 şəhərdə 30-dan çox mülki vətəndaşın öldüyü, 117 nəfərin yaralandığı hücumların yalnız başlanğıc olduğunu" açıqlayıb. / FaktXeber /


Geri qayıt