Əsas Səhifə > Partiya > İQBAL AĞAZADƏNİN TƏKLİFİ VAR

İQBAL AĞAZADƏNİN TƏKLİFİ VAR


20-04-2012, 12:35
İQBAL AĞAZADƏNİN TƏKLİFİ VAR

ÖMÜRLÜK MƏHKUMLARLA BAĞLI MƏHKƏMƏ QURULSUN

Modern.az-ın məlumatına görə, Milli Məclisin aprelin 20-də keçirilən iclasında cari məsələlər müzakirə olunarkən deputat İqbal Ağazadə Azərbaycandakı ömürlük məhkumlarla bağlı təklif irəli sürüb.

Millət vəkili bildirib ki, 1998-ci ildə Milli Məclisin qərarıyla Azərbaycanda ağır cinayətlər törətmiş şəxslər barəsində güllələnmə hökmü ləğv olunub və onların cəzası ömürlük həbslə əvəzlənib.

Deputatın sözlərinə görə, məsələyə yenidən baxılmalı, həmin şəxslərə yenidən məhkəmə qurulmalıdır. İ.Ağazadə deyib ki, Milli Məclis məhkəmə orqanı olmadığınıdan məsələ gündəmə çıxarılmalıdır. O, ömürlük həbs cəzası çəkən məhkumlar arasında 80 yaşına çatanların da olduğunu deyərək, yenidən məhkəmə qurub onları azadlığa buraxmağın mümkünlüyünü vurğulayıb.


Geri qayıt