Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "KÜRD MAFİYASI" "SUM"U ƏLƏ KEÇİRİR

"KÜRD MAFİYASI" "SUM"U ƏLƏ KEÇİRİR


20-04-2012, 12:28
"KÜRD MAFİYASI" "SUM"U ƏLƏ KEÇİRİR

“MƏRKƏZİ UNİVERMAQ” KİMLƏRİN MARAĞINDADIR?

“Mərkəzi Univermaq” ASC-nin yerində yeni müəsissə yaranır. Xalq arasında “SUM” kimi tanından ticarət mərkəzi, “Mərkəzi Univermaq” ASC ləğv edilir. Univermaq 50 ildən çoxdur ki, Bakı sakinlərinə və şəhərmizin qonaqlarına mədəni xidmət göstərir. Özünün milli və millətçi fikirləri ilə daima milləttçi düşərgədə hörmətlə qarşılanan Sabir Abdullayevin ASC sədrliyindən müəmmalı gedişindən sonra ASC-nin taleyinin necə olacağı artıq bəlli idi.

GUNDEMİNFO.AZ - a verilən məlumata görə, ASC-nin Müşahidə Şurasının səri, millət vəkili Ərəstun Cavadov olsa da, məlumatlara görə, onun da gücü ASC-nin ləğv olunmasının qarşısını ala bilmir. Artıq “Mərkəzi Univermaq”da işcilər və səhm sahibləri bundan sonra nələrin yaşanacağını bilmədiklərindən, hər kəs vəziyyətin sonunu gözləyir.

Qeyri-rəsmi məlumata görə. “Mərkəzi Univermaq” ASC azərbaycanda kürd mafiyasının tam nəzarətinə keçib. Artıq bir müddətdir ki, Kürd qruplaşması nəzarətində olan müasissə və təşkilatlarda əsasən öz adamlarını yerləşdirməyi qərara alıblar.

Mövzunu diqqətdə saxlayacağıq. Bizi izləyin.


Geri qayıt