Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ABELƏ BAXANDA ŞƏMSƏDDİNƏ ŞÜKÜR

ABELƏ BAXANDA ŞƏMSƏDDİNƏ ŞÜKÜR


19-04-2012, 16:26
ABELƏ BAXANDA ŞƏMSƏDDİNƏ ŞÜKÜR

REKTORLAR BİR-BİRİLƏRİNİ MÜQAYİSƏ ETDİLƏR

“Biz tələbələrimizə imtahana girməzdən qabaq kimdənsə köçürəcəyi, kiminsə ondan köçürməsinə imkan verəcəyi halda, universitetdən qovulmağa razı olması barədə sənədə imza atdırırıq.

Bu maarifləndirmə tədbirlərini o qədər keçirmişik ki, artıq bu kimi halların sayı azalıb. Sonunu dəfə cəmi üç belə tələbəmiz olub”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin (MM) üzvü, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov MM-in Hüququ Siyasəti və dövlət quruculuğu və Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında deyib.

MM-in Elm və təhsil Komitəsinin sədri, Azərbaycan İqtisad Universitetinin rektoru Şəmsədiin Hacıyev isə həmkarının fikirlərinə münasibət bildirib. Ş. Hacıyev deyib ki, onun rəhbərlik etdiyi ali məktəbdə tələbələr köçürməyə görə universitetdən yox, yalnız imtahan keçirilən otaqdan xaric olunublar: “Biz hətta bunu da bir qədər ədalətsizlik sayırdıq. Amma sizin təcrübəyə baxanda görürük ki, biz şükürlüyük”.


Geri qayıt