Əsas Səhifə > Cəmiyyət > ƏLİXAN MƏLİKOVUN QARDAŞINA YENİ VƏZİFƏ VERİLDİ

ƏLİXAN MƏLİKOVUN QARDAŞINA YENİ VƏZİFƏ VERİLDİ


19-04-2012, 14:51
ƏLİXAN MƏLİKOVUN QARDAŞINA YENİ VƏZİFƏ VERİLDİ

SABİQ İCRA BAŞÇISI BİNƏQƏDİYƏ GÖNDƏRİLDİ

Aprelin 10-da Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Kürdəmir rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Fəxrəddin Süleyman oğlu Məlikova yeni iş tapşırılıb.

Modern.az-ın məlumatına görə, Fəxrəddin Məlikov Binəqədi rayonu İcra Hakimiyyəti başçısının müavini təyin olunub. Binəqədi rayonu İcra Hakimiyyətindən saytımızın bununla bağlı sorğusuna verilən cavabda məlumatı təsdiqləyiblər.

Qeyd edilib ki, Fəxrəddin Məlikov humanitar məsələlər üzrə müavin vəzifəsinə gətirilib. Qeyd edək ki, Fəxrəddin Məlikov “Azəriqaz”ın sabiq sədri Əlixan Məlikov qardaşıdır.

Ə.Məlikov 2000-ci ilin fevral ayında “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin sədri postuna təyin edilmişdi. 2009-cu ilin iyulunda isə ölkə başçisinin fərmanı ilə ARDNŞ-nin tərkibinə keçirilən "Azəriqaz" QSC-nin rəhbəri Əlixan Məlikov işdən kənarlaşdırıldı. Sonradan ona yeni vəzifə verilmədi. Hazırda Ə.Məlikovun sahibkarlıq fəaliyyətilə məşğul olduğu bildirilir.

Çoxları gözləyirdi ki, qardaşı kimi F.Məlikov da "vurulandan" sonra hər hansı yeni vəzifə ala bilməyəcək... Amma vəzifə pilləsindən eniş olsa da, Fəxrəddin Məlikovla bağlı təyinat gerçəkləşdi...

Geri qayıt