Əsas Səhifə > Sosial, Manşet > CƏMİYYƏT VƏHABİLƏRİ TƏHLÜKƏ HESAB EDİR

CƏMİYYƏT VƏHABİLƏRİ TƏHLÜKƏ HESAB EDİR


19-04-2012, 14:10
CƏMİYYƏT VƏHABİLƏRİ TƏHLÜKƏ HESAB EDİR

CƏMİYYƏT ÜÇÜN ƏN TƏHLÜKƏSİZ QÜVVƏ İSƏ FƏTULLAH GÜLƏNÇİLƏRDİR

DİA.AZ: - Artıq bir həftədir ki, «Dünya» İnformasiya Agentliyi olaraq portalımızın ziyarətçilərinə «Azərbaycan üçün hansı qüvvə daha təhlükəlidir» çualı ilə müraciət etməkdəyik. Bildirək ki, burada məqsəd cəmiyyətin hansı qüvvəni təhlükə hesab etməsini öyrənməkdən ibarətdir və kiminsə gözdən salınması, yaxud da kiminsə təbliğ edilməsi niyyətindən tamamən uzağıq.

DİA.AZ olaraq onu da bildiririk ki, redaksiya tərəfindən nəticələrə heç bir halda müdaxilə olunmur və bu da sırf olaraq obyektivlik naminədir. Həm də qeyd edirik ki, əldə etdiyimiz nəticələrin «Quran» ayəsi kimi qəbul edilməsi də doğru deyil. Amma istənilən halda bütün bu qənaətlər siz Oxucularımıza aid olduğundan həmin nəticələri təqdim edirik. Beləliklə aydın olur ki, DİA.AZ saytının ziayrətçiləri «Azərbaycan üçün hansı qüvvə daha təhlükəlidir» aşağıdakı kimi cavablayıblar:

- Vəhabilər - 40 (34.78%)

- İran meyilli dindarlar - 22 (19.13%)

- Nurçular - 6 (5.22%)

- Siyasi müxalifət - 8 (6.96%)

- Hakimiyyət - 39 (33.91%)

- Ümumi cavab sayı: 115

Onu da bildirək ki, sorğumuz hələ uzun müddət davam edəcək. Və kimlərsə öz mövqelərinin təzahürünü nəticələrdə görmək istəyirsə, o zaman sorğumuzda fəal olmaq zorundadır.


Geri qayıt