Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİMİZ YATAQ XƏSTƏSİDİR

MÜĞƏNNİMİZ YATAQ XƏSTƏSİDİR


19-04-2012, 13:50
MÜĞƏNNİMİZ YATAQ XƏSTƏSİDİR

NATƏVAN HƏBİBİ TƏDBİRLƏRDƏ İŞTİRAK ETMƏYİB

Goranboy rayonunda çəkilişdə olan müğənniyə soyuq dəyib.

Milli.Az xəbər verir ki, bir neçə gün öncə yerli telekanalların birində yayımlanan müsabiqənin münsiflərindən biri kimi Goranboy rayonuna çəkilişə gedən müğənni Natavan Həbibi səfərdən xəstə qayıdıb. Rayonun sərin havası çəkilişin mükəmməl alınmasına əngəl yaratmasa da, müğənninin səhhətinə heç də müsbət təsir göstərməyib. Və beləcə paytaxta qayıdar-qayıtmaz o, xəstə yatağına düşüb. Həbibinin soyuqdəymədən müalicə olunduğunu prodüseri Azər Şirin də təsdiqlədi.

Milli.Az-a açıqlama verən A.Şirin, xəstələndiyi üçün Natavanın bir neçə tədbirdə iştirak etmədiyini də söylədi.

Milli.Az olaraq müğənniyə Allahdan şəfa arzulayıb, əhvalınıza pozitiv gətirəcək fotosessiyasını sizə təqdim edirik.


Geri qayıt