Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ARDNŞ-NİN DÜNYADA ANALOQU YOX İMİŞ

ARDNŞ-NİN DÜNYADA ANALOQU YOX İMİŞ


19-04-2012, 13:28
ARDNŞ-NİN DÜNYADA ANALOQU YOX İMİŞ

ŞİRKƏT NİYƏ VERGİ ÖDƏMİR?

Dövlət Neft Şirkəti təkcə vergi ödəmir, məktəb, xəstəxana, yol tikir, Azərbaycanın sosial-iqtisadi sahələrində layihələrə sponsorluq edir, deyə ARDNŞ vitse-prezidenti Elşad Nəsirov bildirib.

Azərbaycanın enerji potensialına həsr edilmiş məqalə dərc edilən İrlandiyanın The Irish Times qəzetinə müsahibəsində Nəsirov deyib: “İkinci elə bir neft şirkəti göstərə bilərsinizmi ki, ARDNŞ-nin həyata keçirdiyi sosial proqramların yarısını həyata keçirsin? VR Böyük Britaniyada məktəb tikirmi, Total Fransada vergi ödəməkdən başqa bir iş görürmü?”

O bildirib ki, ARDNŞ paytaxtın və regionların inkişafında hökumətə kömək edir.
Amma Nəsirov onu deməyib ki, bütün tikilən infrastruktur və sosial obyektlər Azərbaycanda xarici donorların həyata keçirdiyi analoji layihələrdən xeyli baha olur. Məsələn, Azərbaycan tərəfi və Amerikanın tikdiyi analoji məktəb binalarının qiymətində 3 dəfə fərq olub. USAID-in qrantı ilə tikilən məktəb üç dəfə ucuz başa gəlib.


Geri qayıt