Əsas Səhifə > Dünya > TEHRANA İLK ZƏRBƏ ANA TƏBİƏTDƏN GƏLDİ

TEHRANA İLK ZƏRBƏ ANA TƏBİƏTDƏN GƏLDİ


19-04-2012, 12:35
TEHRANA İLK ZƏRBƏ ANA TƏBİƏTDƏN GƏLDİ

QASIRĞA NƏTİCƏSİNDƏ 9 NƏFƏR ÖLÜB

Ötən gün Tehranda baş verən güclü qasırğa nəticəsində 230 fövqəladə hal qeydə alınıb.

SalamNews " MehrNews"a istinadən xəbər verir ki, axar suların təmizlənməsi prosesi zamanı külək 2500 kub metr həcmində olan metanla dolu çəni aşırıb.

Paytaxta həmçinin 44 yanğın hadisəsi qeydə alınıb. Xüsusi rejimdə çalışan yanğınsöndürənlər 24 nəfəri xilas ediblər. Digər 186 hadisə nəticəsində 9 nəfər həlak olub.


Geri qayıt