Əsas Səhifə > Siyasət, Manşet > «TEXNİKABANK» FƏALİYYƏTİNİ DAYANDIRA BİLƏR

«TEXNİKABANK» FƏALİYYƏTİNİ DAYANDIRA BİLƏR


19-04-2012, 12:09
«TEXNİKABANK» FƏALİYYƏTİNİ DAYANDIRA BİLƏR

MƏRKƏZİ BANKIN RƏHBƏRLİYİ BU BANKIN FƏALİYYƏTİNİ MƏHDUDLAŞDIRIR

DİA.AZ: - Hazırda rəhbəri həbsdə yatan «TexnikaBank»ın fəaliyyətinin durdurulacağı ilə bağlı DİA.AZ-a çox ilginc məlumatlar daxil olub. Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər qaynaq iddia edir ki, artıq «yuxarılar» «TexnikaBank»ın hətta müflis elan olunmasına belə tədarük görülməsi yönündə təlimatlar veriblər.

Bildirək ki, artıq bunun ilkin işartıları d görünməkdədir. Və hətta verilən sifarişə uyğun olaraq Mərkəzi Bankın rəhbərliyi də «TexnikaBank»ın bank sektorundakı fəaliyyətinin məhdudlaşdırılması və tədricən də bu sektordan birdəfəlik olaraq çıxarılması yönündə fəaliyyətə keçib. Artıq bu barədə hətta dövlət məmurları da rəsmən dolayı etiraflarda bulunurlar.

Verilən məlumatlara görə, Azərbaycanda pensiyaların paylanması üçün müvəkkil bank təşkilatının seçilməsi məqsədi ilə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tenderdə lotların 43%-də «Kapital bank», 57%-də isə Azərbaycan Beynəlxalq Bankı qalib gəlib. Məlumata görə, bunu Fondun sədri Səlim Müslümov bildirib.

S.Müslümovun sözlərinə görə, artıq qalib elan edilmiş banklarla müvafiq müqavilələr imzalanıb. Eyni zamanda 69 lotdan 22 lot üzrə qalibi müəyyən etmək mümkün olmayıb, çünki həmin lotlar üzrə tenderdə iştirak edən bankların sayı 3-dən az olub. Bu lotlar üzrə təkliflər sorğusu üzrə qalibin müəyyən edilməsi üçün təkliflər sorğusunun keçirilməsi məqsədi ilə Satınalmalar üzrə Dövlət Agentliyinə müraciət edilib.

S.Müslümov bildirib ki, iki şöbə - Sumqayıt şəhər və Abşeron rayon şöbələri üzrə ən aşağı qiyməti «Texnikabank» ASC təqdim edib. «Lakin «Texnikabank»da yaranmış problemləri nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankına «Texnikabank»ın maliyyə vəziyyəti barədə müraciət edilib. Müraciətə alınmış cavab «Texnikabank»ın qalib elan edilməsinin məqsədəuyğun olmadığını göstərib. Dünən komissiya hər iki şöbə üzrə ikinci yeri tutan «Kapitalbank»a müqavilə imzalamağı təklif edib. Lakin «Kapitalbank» Sumqayıtda bankomat şəbəkəsi geniş olmadığına görə, təklifi qəbul etməyib. Nəticədə Abşeron rayonu «Kapitalbank»a, Sumqayıt şəhəri isə ABB-yə həvalə olunub», - deyə S.Müslümov bildirib.

Məlumatlı mənbə redaksiyamıza bildirir ki, əslində «TexnikaBank»ın müşahidə şurasının sədri Etibar Əliyevin həbsindən sonra bank rəhbərliyi özünü toparlamağa çalışsa da, bu istiqamətdə ciddi addımlar atmağa müvəffəq olmadı. Eyni zamanda artıq «TexnikaBank»la bağlı qalmaqalın xarici mətbuata da sızmsı və prosesin az qala beynəlxalq əhəmiyyət daşıması bir bank üçün nə qədər önəmlidirsə, bu səbəb hakim dairələrin həmin bankın fəaliyyətinin məhdudlaşdırılması yönündə fəaliyyətə keçməsini də zəruri etmiş oldu.


Geri qayıt