Əsas Səhifə > Partiya, Manşet > KXCP DƏ HAKİMİYYƏTİN TƏZYİQİ İLƏ ÜZLƏŞDİ

KXCP DƏ HAKİMİYYƏTİN TƏZYİQİ İLƏ ÜZLƏŞDİ


10-10-2011, 16:35
KXCP DƏ HAKİMİYYƏTİN TƏZYİQİ İLƏ ÜZLƏŞDİ

«AĞSU» RESTORANI BAĞLADIĞI MÜQAVİLƏNİ POZDU

DİA.AZ: - Bir neçə gün əvvəl özünün 100 illiyini qeyd etmək məqsədilə və eyni zamanda bu səbəbdən Bakıda beynəlxalq forum təşkil etdiyindən Müsavat Partiyası problemlə üz-üzə qalmışdı. Belə ki, ilk əvvəl Müsavat Partiyasına yer verməyə razı olan «Ambassador» oteli ilə «Niaqara» restoranının rəhbərlikləri sonradan bundan imtina etdilər. Və imtinalarının səbəbini göstərmədilər.

Əslində bu imtinanın arxasında siyasi sifarişin dayanması hər kəsə məlum idi. Hər halda, Müsavat Partiyası hakimiyyətin iradəsindən kənar olaraq çox nüfuzlu qonaqların iştirakı ilə bir tədbir düzənləyirdi və bu tədbirin təşkilatçıları arasında Almaniyanın məşhur Fridrix Nauman Fondu da var idi.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) ötürülən məlumatlardan aydın olur ki, Müsavat Partiyası kimi Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə tədbir düzənləməyə hazırlaşan Klassik Xalq Cəbhəsi Partiyası da eyni problemi yaşamaq məcburiyyətində qalıb.

Partiyadakı qaynaqların redaksiyamıza bildirdiyinə görə, ilk əvvəl KXCP rəhbərliyi ilə tədbir üçün rəsmi müqavilə imzalayan «Ağsu» restoranının rəhbərliyi sonradan bundan imtina edərək, müqaviləni pozublar.

Partiyadan bunun siyasi sifariş olduğunu idda edirlər.


Geri qayıt