Əsas Səhifə > Güney Press, Üçüncü sektor > QHT MALİYYƏ AXTARIŞLARINI SÜRƏTLƏNDİRİR

QHT MALİYYƏ AXTARIŞLARINI SÜRƏTLƏNDİRİR


18-04-2012, 16:13
QHT MALİYYƏ AXTARIŞLARINI SÜRƏTLƏNDİRİR

MQF İDARƏ HEYƏTİNİN YIĞINCAĞI KEÇİRİLDİ

Milli QHT Forumunun (MQF) İdarə Heyətinin növbəti yığıncağı 18.04.2012-ci il tarixində keçirilib.

DİA.AZ-a verilən məlumatda bildirilir ki, yığıncaqda ilk olaraq 7 QHT (“Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası” İB, “Qadınlara Dəstək Assosiasiyası” İB, “Gələcək Sosial İnkişaf” İB, “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İB, “Yeni Mühit” İB, “Demokratik Azərbaycan Naminə Gənclərin” İB, “Mirzə Ələkbər Sabir “Fondu) MQF-yə üzv kimi qəbul olunub.

MQF İdarə Heyətində növbəti məsələ sektorların yenidən formalaşdırılması müzakirə olundu. MQF-nin prezindenti Rauf Zeyni “Demokratik dəyərlərin inkişafında QHT-lərin rolunun artırılması” layihəsi haqqında məlumat verdi və layihənin sektorların inkişafına təsir göstərəcəyini bildirdi. AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən layihənin dəstəklənməsi müsbət qarşılandı və QHT Şurasına minnətdarlıq bildirildi. Bu məsələ ilə əlaqədar olaraq sektorların yeni tərkibinin formalaşdırılması, bu işin yüksək səviyyədə davam etdirilməsi və İdarə Heyətinə təqdim olunması MQF-nin prezindetinə həvalə olundu.

Digər məsələ MQF-nin İllik Hesabat Konfransında irəli sürülən təkliflər barədə oldu. MQF-nin maliyyə axtarışını sürətləndirmək, beynəlxalq donorlara müvafiq layihələrlə müraciət olunması, üzvlük haqlarının yığılmasının təmin olunması, dövlət sektoru ilə əlaqələrin intensivləşməsi, MQF-yə maliyyə ayrılması ilə əlaqədar ölkə rəhbərliyinə müraciətin hazırlanması qərara alındı. Növbəti İdarə Heyətinə qədər MQF Bakı Şəhəri 11 rayonu üzrə koordinatorların təsdiq olunması işi MQF rəhbərliyinə həvalə olundu.

MQF-nin Hüquq Departamentinin rəhbəri MQF-nin prezidenti tərəfindən İdarə Heyətinə təqdim olundu və Mehman Muradlı MQF-nin Hüquq Departamentinin rəhbəri vəzifəsinə təsdiq olundu.

Sonda cari məsələlər də müzakirə olunmuşdur.

Qeyd edək ki, hal-hazırda 582 təşkilat MQF-nin üzvüdür.


Geri qayıt