Əsas Səhifə > Hadisə > SULUTƏPƏ SAKİNLƏRİ YOLU BAĞLADILAR

SULUTƏPƏ SAKİNLƏRİ YOLU BAĞLADILAR


18-04-2012, 13:52
SULUTƏPƏ SAKİNLƏRİ YOLU BAĞLADILAR

RÖVNƏQ ABDULLAYEV ZÜLMÜ DAVAM EDİR

Aprelin 18-də bir qrup polis əməkdaşı və Dövlət Neft Şirkətinin mühafizəçiləri Bakının Sulutəpə qəsəbəsinə girişi kəsiblər. Əməkdaşımızın verdiyi məlumata görə, Sulutəpə qəsəbəsində ARDNŞ-nin öz ərazisi saydığı hissədə olan evləri sökdüyü üçün sakinlərlə neft şirkətinin əməkdaşları arasında qarşıdurma olub.

Əməkdaşımız bildirir ki, ARDNŞ-in mühafizəçiləri jurnalistlərin olduğu taksiyə hücum ediblər və avtomobilin şüşələrini sındırıblar. Onlar jurnalistlərin hadisə yerinə getməsinə şərait yaratmayıblar.

Hadisə yerində olan əməkdaşımız xəbər verir ki, sakinlər evlərinin sökülməsinə etiraz olaraq avtomobil yolunu bağlayıblar. Nəticədə avtomobillərin tıxacı yaranıb. Hadisə yerinə əlavə polis qüvvəsi gətirilib. Polis əməkdaşları yolun boşaldılmasına, sakinləri evlərinə dönməyə çağırıb.

Əməkdaşımız xəbər verir ki, artıq magistral yolda hərəkət bərpa olunub.

Dövlət Neft Şirkətinin əməkdaşları isə 4-cü mədən ərazisində bir-iki evi sökəndən sonra çıxıb gediblər.

Dövlət Neft Şirkətinin sözçüsü Nizaməddin Quliyev telefon zənglərinə cavab vermir.


Geri qayıt