Əsas Səhifə > Hadisə > JURNALİST OVU DAVAM ETDİRİLİR

JURNALİST OVU DAVAM ETDİRİLİR


18-04-2012, 13:43
JURNALİST OVU DAVAM ETDİRİLİR

FƏRƏMƏZ NOVRUZOĞLU DA HƏBS EDILDI

İndicə gundeminfo.az - a daxil olan məlumatlara görə jurnalist Fərəməz Novruzoğlu dünən gecə saatlarında Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusi əməliyyatı nəticəsində həbs edilib. Məlumatda jurnalistin kimdən pul tələb etdiyi barədə heç bir məlumat verilməsə də, onun uzun müddət Türkiyədə yaşadığı, bir qədər əvvəl Azərbaycana gəldiyi söylənilir.

jurnalist Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu yolu ilə pul tələb etmə) və 182.2-ci (Eyni əməlləri təkrar törədərək qrup şəklində şantaj və hədə-qorxu ilə pul tələb etmə) maddələri ilə ittiham olunur.
Cinayət əməli təsdiq olunarsa, onu 10 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, F.Novruzoğlu uzun müddət "Xural" qəzetində çalışıb. Sonradan "24 saat", "Noto bene" qəzetlərinin qrucularından olub.

Bir müddət əvvəl isə daxili işlər naziri Ramil Usubv və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun iddiaları ilə 2 il müddətə azadlıqdan məhrum edilən F.Novruzoğlu bir neçə dəfə həbsdə olub.


Geri qayıt