Əsas Səhifə > Şou-biznes > 6 İL GİZLİ QALAN SİRR

6 İL GİZLİ QALAN SİRR


18-04-2012, 12:58
6 İL GİZLİ QALAN SİRR

FAİQ AĞAYEVİN DƏ SƏBRİ VAR İMİŞ

Hər həftə maraqlı simalarla birgə evlərinizin qonağı olan “Rəngarəng” verilişi bu dəfə xalq artisti, cənab qızıl şlyager və saymaqla bitməyən titulların sahibi Faiq Ağayevə həsr olundu.

Aparıcı Zaur Nəbioğlu və rejissor Aynurə Tahirqızının birgə ərsəyə gətirdikləri verilişdə bir çox maraqlı məqamlar və şok açıqlamalar oldu. Qonaq olan Faiq Ağayev haqda Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti, polkovnik Füzuli Musayev, yazıçı-publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru Cingiz Abdullayev, xalq artisti Firəngiz Mütəllimova, Mənsum İbrahimov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin üzvü, bəstəkar Novruz Aslan danışdı.

Elə adı kimi də rəngarəng keçən verilişdə aparıcı bu günə qədər heç bir efirdə hallanmayan söhbəti Faiq Ağayevə deyən zaman müğənni şoka düşdü. Suala F.Ağayev maraqlı bir açıqlama verdi: “Bu dünyadan varissiz köçməyəcəm”.

Bəs görəsən, xalq artisti hansı gözlənilməz suala belə cavab verdi? Zaur müğənninin hansı xatirələrini açıb-tökdü? Bunun cavabını isə yalnız veriliş zamanı biləcəksiniz.

Onu da bildirək ki, 2006-cı ildən yaşadığı mənzildə heç bir çəkilişə icazə verməyən 100% F.A məhz “Rəngarəng” üçün evinin qapılarını açdı.

Bir çox qadağalarına sözügedən verilişdə son qoyan xalq artisti daha bir maraqlı nüansla da tamaşaçıları sevindi. Bu isə uzun illərdir heç bir kütləvi informasiya vasitəsində (KİV) görünməyən xalq artistinin anası Səfiyyə xanımın danışığı oldu.

Uğurla keçən verilişdə Zaur “Onu bağışlamaq olarmı?” sualını Faiq Ağayevə ünvanlayan zaman xalq artisti küsülü olduğu hansı həmkarından söz açdı?

Bütün bu olanların şahidi olmaq üçün 20 aprel saat 21:00-da Lider TV-də yayımlanacaq verilişi izləmək məsləhətdir.

Verilişin təkrarı isə 21 aprel saat 14:30-da olacaq. / Milli.az /


Geri qayıt