Əsas Səhifə > Cəmiyyət > "MƏMURLAR ÜÇÜN HƏYATIN MƏNASI CİBDƏN İBARƏTDİR"

"MƏMURLAR ÜÇÜN HƏYATIN MƏNASI CİBDƏN İBARƏTDİR"


18-04-2012, 12:51
"MƏMURLAR ÜÇÜN HƏYATIN MƏNASI CİBDƏN İBARƏTDİR"

ZƏRDÜŞT ƏLİZADƏ DİAQNOZ QOYUR

İki gün bundan öncə prezident İlham Əliyevin sədrliyi keçən Nazirlər Kabinetinin iclasında çıxış edən ölkə başçısı ölkə həyatında baş verən proseslərə münasibət bildirib. İlham Əliyevin səsləndirdiyi fikirlərdən belə aydın oldu ki, ölkədə bütün sahələrdə vəziyyət yaxşıdır və müxalif qüvvələrin səsləndirdiyi kimi ölkədə hər hansı islahatlar aparmağa da ehtiyac yoxdur. Artıq ölkədə islahatların aparılmayacağına dair hökumətin mövqeyi ən yüksək rəsmi tərəfindən belə açıqladı. Bundan sonra ölkədə baş verə biləcək proseslərlə bağlı politoloq Zərdüşt Əlizadə sualları cavablandırıb.

- Zərdüşt bəy, artıq ölkədə islahatların aparılmayacağı haqqında ölkə başçısı da öz mövqeyini açıqladı. Sizcə bundan sonra ölkədəki proseslər hansı istiqamətdə inkişaf edəcək?

Məktəb illərindən etibarən siyasətlə maraqlanıram. Eyni halda tələbəlik illərində gerçək həyatı daha çox anlamağa başladım. Məni həmişə heyrətə gətirən məsələlərdən biri komunist partiyasının qurultaylarındakı coşqular və alqışlarla həyat arasında nə qədər dərin uçqunun mövcudluğu olub. Bu uçurum dərinləşdikcə komunist partiyasının rəhbərliyindəki özünə inam, qürrələnmə və iftixar hissi də yüksəlirdi. Belə bir uçurumun nəticəsi SSRİ-nin dağılmasına gətirib çıxartdı. Mən həmin prosesi ölkə rəhbərliyi və Azərbaycan cəmiyyətinin real gercək həyatı arasında da görürəm. Cəmiyyətdə böhran əlamətləri güclənməyə başlayıb. Əhali artıq hakimiyyətə inanmır. Eyni halda cəmiyyətdə rüşvət, səmərəsizlik, dağıntı, tənəzzül baş verdiyi bir halda, müftə neft və qaz pullarından yeyib sər-məst olan hakimiyyət nümayəndələri söyləyirlər ki, hər şey yaxşıdır. Lap yaxşı, qoy onlar deyən kimi olsun. Bizdə oturaq gözləyək hakimiyyət nə vaxt çökəcək. Belə bir hakimiyyətin çökməsi labüddur. Hakimiyyət xalqın etirazları və təzyqiləri qarşısında durmağa qadir deyil. Bunlar yalnız Eurovison mahnı müsabiqəsini keçirməyə, binaları işıqlandırmağa, bir küçənin asfaltını 5 dəfə çəkməyə və korrupsiya ilə məşğul olmağa qadirdilər. Hakimiyyət nə Qarabağ problemi, nə də xalqın həyat səviyyəsini yaxşılaşdırılması istiqamətində lazımı olan işlər görəcək.

-Sizcə hakimiyyətin hər hansı bir islahata getməsi mümkündürmü?
- Məmurlar üçün həyatın və respublikanın mövcudluğunun mənası onların ciblərinin dolu olmasıdır. Əgər məmurların cibi yaxşı dolursa hər hansı bir islahata ehtiyac yoxdur. / FaktXeber /


Geri qayıt