Əsas Səhifə > Partiya > MÜSAVAT PARTİYASI ƏBÜLFƏS QARAYEVƏ QARŞI

MÜSAVAT PARTİYASI ƏBÜLFƏS QARAYEVƏ QARŞI


18-04-2012, 12:34
MÜSAVAT PARTİYASI ƏBÜLFƏS QARAYEVƏ QARŞI

“NAZİRLİK MÜXTƏLİF BƏHANƏLƏR GƏTİRİR”

Müsavat Partiyasının qurultay problemi hələ də öz həllini tapmayıb. Partiya bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət etsə də, müsbət bir cavab əldə edə bilmir. Partiyanın başqan müavini Gülağa Aslanlı hazırki durumla bağlı Modern.az-a açıqlamasında bildirib ki, Əbülfəz Qarayevin rəhbərlik etdiyi nazirliyin əməkdaşları məsələ ilə bağlı onlarla danışmaqdan boyun qaçırırlar.

“Qurultayla bağlı heç bir məlumat ala bilmirik. Demək olar ki, hər gün biz əlaqə saxlamağa çalışsaqda bu cəhdimiz baş tutmur. Müxtəlif bəhanələr gətirirlər. Guya işləri çoxdur. Bir sözlə bizimlə görüşdən imtina edirlər”-deyə G.Aslanlı qeyd edib.

Xatırladaq ki, Müsavat Partiyasının qurultay keçirmək üçün nəzərdə tutduğu Opera və Balet Teatrı Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olduğu üçün məsələyə cavabdeh də məhz adıçəkilən nazirlikdir.


Geri qayıt