Əsas Səhifə > Ölkə > RÖVNƏQ ABDULLAYEVİN QOÇULARI İŞ BAŞINDA
RÖVNƏQ ABDULLAYEVİN QOÇULARI İŞ BAŞINDA18-04-2012, 12:30 |
QOLUZORLULAR JURNALİSTLƏRİ DÖYDÜLƏR ARDNŞ Binəqədi rayonundakı 4-cü mədən ərazisində yerləşən tikiliilərin söküntüsünü davam etdirirlər. Bu barədə musavat.com-a əməkdaşımız Günay Musayeva xəbər verib. Reportyorumuzun sözlərinə görə, polislərin və ARDNŞ-in mühafizə xidmətinin əməkdaşlarının fiziki gücündən yararlanan söküntü briqadası evləri buldozer və ekskavatorların vasitəsilə dağıdırlar. G.Musayeva bildirir ki, söküntü işləri gedən nahiyədə jurnalistlərin olmasına dözümlü yanaşa bilməyən ARDNŞ qoluzorluları onlara mane olur, peşə borclarını yerinə yetirməyə imkan vermirlər. Onlar əməkdaşımızın fotoaparatını qanunsuz olaraq əlindən alıblar və çəkiliş aparmasını qadağan edərək, material hazırlamasına mane olublar. Əməkdaşımız xəbər verir ki, o və jurnalist İdrak Abbasov ARDNŞ mühafizəçiləri tərəfindən fiziki təzyiqə məruz qalıb, təhqir olunublar. / musavat / Geri qayıt |